Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda yeni mobil ödəniş sistemi yaradılacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Azərbaycanda yeni mobil ödəniş sistemi yaradılacaq

Azərbaycanda yeni mobil ödəniş sistemi yaradılacaq


2016-cı ildən Azərbaycanda “AzerPay” universal mobil ödəniş sistemi yaradılacaq. Bunu “AzerPay” şirkətindən deyiblər.

Sistemin sınaqdan keçirilməsi 2016-cı il yanvarın ortalarında başlayacaq, fevralda isə istismara veriləcək.

Yeni ödəniş sisteminin üstünlükləri təmassız ödənişlərin, pulköçürmələrin həyata keçirilməsi imkanı, kredit alınması üçün müraciət, POS-terminallardan əməliyyatların aparılması, hesabın doldurulması (“Azərpoçt” poçt operatoru şəbəkəsi, nağd vəsaitlər qəbul edən terminallar, bankomatlar vasitəsilə) və digərləridir.

Ödəniş sistemində 160-dan çox ödəniş xidməti əlçatan olacaq. İstifadəçilərə, həmçinin “Mobile POS” ödənişlərinin qəbulu imkanlarından istifadə etmək üçün vergiödəyicinin eyniləşdirmə nömrəsinin qeydiyyata alınması xidməti təklif ediləcək. Bu xidmət fərdi sahibkarlar üçün nəzərdə tutulub və kommersiya fəaliyyəti ilə bağlı ödənişləri qəbul etməyə, vergi ödənişini avtomatik həyata keçirməyə imkan verəcək.

Geri dön