Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev: "Əbülfəz Elçibəy əmr verdi və..." (video)
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: "Əbülfəz Elçibəy əmr verdi və..." (video)

Fərəc Quliyev: "Əbülfəz Elçibəy əmr verdi və..." (video)


“İran ideoloji təbliğatını qurmuşdu”


“Azərbaycan xalqı həmin il “İlin Xalqı” adını aldı”


ANS-in “Beş barmaq” verilişinin 04 yanvar 2015-ci il tarixli yayımı “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”-nün tarixinin müzakirəsinə həsr edilib. Həmin bayramın yaranma səbəbi olmuş Sərhəd Hərəkatının liderlərindən olan Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev də verilişin qonağı olub. Fərəc Quliyevlə aparılan müzakirədə olduqca maraqlı məqamlara toxunulub və bu günə qədər cəmiyyət üçün açıq olmayan hadisələr barədə danışılıb.
Fərəc Quliyev Əbülfəz Elçibəyin verdiyi tapşırıq və əmrlər, Sovet ordusu ilə aparılan danışıqlar, İranın Azərbaycan üzərindəki gizli maraqları və Sərhəd Hərəkatındakı davranışı, dövlət orqanları ilə Xalq Cəbhəsinin əməkdaşlığı, əhalinin silahlandırılması və s. bu kimi maraqlı və heç vaxt açıqlanmayan məqamlara aydınlıq gətirib. O, həmin dönəmdə Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəyin Sərhəd Hərəkatındakı mövqeyi və verdiyi əhəmiyyətli tapşırıqlardan danışıb.
MDHP sədri eyni zamanda bu hərəkatın fərdlərə və təşkilatlara bağlamağın qətiyyən düzgün olmadığını vurğulayaraq, bunun bir xalq hətəkatı olduğunu və bütün xalqın bu hərəkatda iştirak etdyini bildirib.
Fərəc Quliyevin həmin açıqlamalarının videosunu təqdim edirik:


Geri dön