Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > AVROPA BİRLİYİ NƏ QƏDƏR NEFTİMİZİ APARIB?. 16 QEYRİ HÖKUMƏT TƏŞKİLATINA 2,7 MİLYON MANAT AYIRIB.
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > AVROPA BİRLİYİ NƏ QƏDƏR NEFTİMİZİ APARIB?. 16 QEYRİ HÖKUMƏT TƏŞKİLATINA 2,7 MİLYON MANAT AYIRIB.

AVROPA BİRLİYİ NƏ QƏDƏR NEFTİMİZİ APARIB?. 16 QEYRİ HÖKUMƏT TƏŞKİLATINA 2,7 MİLYON MANAT AYIRIB.


Avropa Birliyi Azərbaycanın 16 qeyri-hökumət təşkilatına 2,7 milyon manat ayırıb
Bu gün Bakıda Azərbaycanın 16 qeyri-hökumət təşkilatının rəhbərləri bir sıra sosial layihələrin həyata keçirilməsi ilə bağlı qrant müqaviləsi imzalayıblar.
İnkişafdan qalan xəstə və görmə qabiliyyətini itirmiş uşaqlar üçün, eləcə də ətraf mühitin mühafizəsi, vətəndaş hüquqlarının və KİV-in inkişafına aid bu layihələrin maliyyələşdirilməsi üçün Avropa Birliyi ümumilikdə 2,7 milyon manat vəsait ayıracaq.

AB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia çıxışında bildirib ki, bu layihələr təkcə paytaxtda yox, bölgələrdə də reallaşdırılacaq. O, ötən illər ərzində AB-nin Azərbaycanda insan hüquqları ilə bağlı layihələrə təxminən 5 milyon manat ayırdığını xatırladıb: “Hesab edirəm ki, bu, vətəndaş cəmiyyətinin ölkə həyatındakı vacib roluna dair Avropa Birliyi tərəfindən verilmiş konkret siqnaldır. Bizim hökumətlə möhkəm əməkdaşlığımız var, lakin biz QHT sektoru ilə də birbaşa əlaqədə və bu əlaqələrin inkişafında maraqlıyıq. Azərbaycanda QHT-lərin inkişafı üçün potensial var və ölkədə onların rolunu, əhəmiyyətini yüksəltmək çox önəmlidir”.

DAVAM.AZ. Bildirir ki, "BİR MİLLƏTİN HAQQI VƏ HÜQUQU QORUNMAYAN YERDƏ İNSAN HAQQLARINDAN DANIŞMAQ GÜLÜNCDÜR"

Geri dön