Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Bildiriş > Azərbaycanda yanvar ayının ən isti və ən soyuq keçdiyi illər
Azərbaycanda yanvar ayının ən isti və ən soyuq keçdiyi illər |
Çoxillik meteoroloji müşahidələrə görə, Azərbaycanda ən isti yanvar ayı 1966-cı ildə olub.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib. Onun sözlərinə görə, həmin il yanvar ayının orta aylıq temperaturu müsbət 7,5 dərəcə təşkil edib. Bu da çoxillik qiymətlərdən 3,1 dərəcə yüksək olub. G.Məmmədova qeyd edib ki, Bakıda yanvar ayında ən yüksək temperatur 1979-cu ildə yanvarın 4-də qeydə alınıb. Həmin gün Bakıda havanın temperaturu müsbət 22,3 dərəcə olub. G.Məmmədovanın sözlərinə görə, arktik soyuq hava kütlələrinin müdaxiləsi tez-tez baş verdiyindən yanvar ayı çox soyuq keçir. Yanvarın ilin ən soyuq ayı olduğunu, bu ayda şaxtalı günlərin sayının çoxaldığını deyən direktor əvəzi qeyd edib ki, çoxillik meteoroloji müşahidələrə görə, Bakıda yanvar ayında ən soyuq hava 1907-ci ildə yanvarın 24-də qeydə alınıb. Həmin gün havanın minimal temperaturu mənfi 11 dərəcə təşkil edib. G.Məmmədova qeyd edib ki, 1972-ci ildə də yanvar ayında Bakıda ən soyuq hava qeydə alınıb. Orta aylıq temperatur normadan 4,8 dərəcə aşağı olub. Həmin il yanvarın 23-də minimal temperatur mənfi 9,1 dərəcə olub. Son 10 ildə isə Bakıda yanvar ayında ən soyuq hava 2008-ci ildə qeydə alınıb: “Həmin il yanvarın 3-dən başlayaraq, hava şəraiti kəskin dəyişmişdi. Havanın temperaturu iqlim normasından 10 dərəcə aşağı olmuşdu. 2008-ci ildə yanvarın 7-dən 8-ə keçən gecə Bakıda rekord şaxta – mənfi 8,7 dərəcə qeydə alınıb”. Qeyd edək ki, bu il qış fəslinin nisbətən mülayim keçəcəyi gözlənilsə də, bəzi dövrlərdə hava şəraitinin şaxtalı və qarlı keçməsi istisna olunmur. Geri dön |