Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > ABŞ-Azərbaycan münasibətlərinin pozulmasını istəyənlərə böyük zərbə
ABŞ-Azərbaycan münasibətlərinin pozulmasını istəyənlərə böyük zərbə |
Fərəc Quliyev: “Bu dəvət ABŞ-la Azərbaycan arasındakı münasibətləri pozmaq istəyənlərə qarşı bir cavabdır ki, belə cəhdlərin heç bir əhəmiyyəti yoxdur”
Azər Həsrət: “Sözügedən dəvət onun təsdiqidir ki, ABŞ Azərbaycan dövləti və təbii ki, dövlətimizin lideri İlham Əliyevlə əməkdaşlıqda maraqlıdır” Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obama Prezident İlham Əliyevə məktub göndərərək Azərbaycan dövlət başçısını 2016-cı ilin martın sonu-aprelin əvvəlində Vaşinqtona, IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edib. Obama məktubda qeyd edib ki, Azərbaycan qlobal nüvə təhlükəsizliyi arxitekturasına qətiyyətli dəstək nümayiş etdirir: "Ümidvaram ki, Azərbaycan nüvə və radioloji töküntülərinin qadağası üçün xüsusi səylərini davam etdirəcək”.Qeyd edək ki, ABŞ-da bir sıra qüvvələr, o cümlədən ermənipərəstlər uzun müddətdir çalışırlar ki, Vaşinqtonla Bakının münasibətləri soyusun. Hətta buna nail olmaq üçün konqresmen Kris Smit tərəfindən Konqresə Azərbaycana sanksiyalar tətbiq etməklə bağlı qətnamə layihəsi də təqdim olunub. Amma Ağ Ev fərqli mövqe nümayiş etdirir. Milli Məclisin deputatı Fərəc Quliyev vurğuladı ki, Azərbaycan Prezidentinin ABŞ dövlət başçısı tərəfindən yüksək bir sammitə dəvət edilməsi iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olmasına bir işarədir: "Son zamanlar görürük ki, Azərbaycan-ABŞ münasibətlərinə kölgə salmaq istəyən qüvvələr fəallaşıb. Bunu Amerikada Kris Smitin hazırladığı qərar layihəsindən də demək olardı, habelə başqa bir qrupun fəaliyyətilə də bağlamaq olardı. Həmin məqamda Azərbaycanda da ABŞ-a qarşı bir kampaniya başlamışdı. O zaman da münasibətimi açıq şəkildə qoydum ki, Amerika və Azərbaycan strateji müttəfiqdirlər və çox ciddi sahələrdə əməkdaşlıq edib və edirlər. Azərbaycan həm terrorizmə qarşı mübarizədə, həm Əfqanıstana uçmaq üçün hava koridorunun verilməsi məsələsində, həm nüvə komponentlərinin başqa ölkələrə ötürülməsinin qarşısını almaq, terror təşkilatlarının zərərsizləşdirilməsi kimi məsələlərdə ABŞ-la əməkdaşlıq edib. Ölkəmiz həm də Avropanın enerji təhlükəsizliyində ciddi rol oynayıb. Bu gün Azərbaycan Cənubi Qafqazda aparıcı dövlət olaraq ciddi mövqelərə malikdir. Hesab edirəm ki, Azərbaycan-ABŞ münasibətləri heç zaman pisləşməyib. Bəzi məmurların münasibəti isə dövlətin münasibəti sayılmalı deyil və bu gün də sayılmır. Azərbaycan tərəfi də son proseslərdə təmkinli davrandı və provokasiyalara getmədi. Bəzi məqamlarda buna ciddi təpkilər göstərməyə müəyyən çağırışlar etməyə çalışdılar. Azərbaycanın gizli və açıq düşmənləri ölkəmizin öz müttəfiqlərini itirməsində, zəifləməsində maraqlıdır. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan Ermənistan həm də çalışır ki, Azərbaycan təklənsin. Belə bir məqamda Azərbaycanın ağıllı şəkildə davranışı gözlənilən idi və belə də davranıldı. Əvvəllər də bu məsələyə birmənalı münasibət bildirmişdim ki, heç kim Azərbaycan-Amerika münasibətlərini poza bilməz və bilməyəcək. Bu münasibəti Azərbaycanın Avropa təsisatları ilə münasibətlərinə də şamil edirəm. Çox xoşdur ki, Amerika tərəfi də təmkinli davranaraq, Azərbaycanın əhəmiyyəti, yeri, rolunu qiymətləndirərək, dövlətimizin Prezidentini ABŞ-a ciddi bir sammitə dəvət edib. Bu, Azərbaycan-Amerika münasibətlərinin yüksək səviyyədə olmasına dəlalət edir. Habelə, hər iki tərəfin bu münasibətləri pozmağa çalışanlara qarşı cavabıdır ki, belə cəhdlərin heç bir əhəmiyyəti yoxdur və olmayacaq”. Siyasi şərhçi Azər Həsrət də Barak Obamanın Prezident İlham Əliyevi ABŞ-a nüvə sammitinə dəvət etməsini özlüyündə mühüm bir hadisə kimi dəyərləndirdi: "Çünki, ABŞ-la Azərbaycan arasında strateji əməkdaşlıq olsa da, bəzi qüvvələr ölkəmizə qarşı qaralama kampaniyaları aparır. Amma bu kampaniya fonunda Obamanın İlham Əliyevi ölkəsinə dəvət etməsi təqdirəlayiqdir, yerinə düşür və faydalıdır. ABŞ-da ölkəmizə qarşı kampaniya aparan çevrələrin özləri də əslinə qalanda, Azərbaycan dövləti və hakimiyyətilə daloqa meyl etməli idilər, nəinki belə kampaniyaları təşkil etməyə meyllənmək. Bu baxımdan düşünürəm ki, Obama həmin çevrələrin Azərbaycana qarşı qarayaxma kampaniyalarının fərqindədir və ona görə də ölkəmizlə münasibət qurmaq imkanı olsun deyə Prezident İlham Əliyevi də həmin sammitə dəvət edib. Ermənistan dövlət başçısının dəvət edilməməsi fonunda Azərbaycan Prezidentinin sammitə dəvət edilməsi, təbii ki, erməniləri ciddi narahat edir. Onlar aydın məsələdir ki, bundan heç də xoşlanmayıb. Bunun özü də ermənilərə bir mesajdır ki, onlar da başqalarını gözdən salma kampaniyalarından əl çəksinlər. Sözügedən dəvət həm də onun təsdiqidir ki, ABŞ bütün problemlərə baxmayaraq, Azərbaycan dövləti və təbii ki, dövlətimizin lideri İlham Əliyevlə əməkdaşlıqda maraqlıdır. Bu əməkdaşlığın davam etdirilməsi üçün vasitə və yollar axtarırlar. Yəni bu, Azərbaycan üçün ilin başlanğıcında müsbət bir hal sayıla bilər”. Səməd CƏFƏROV Geri dön |