Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > QIŞIN BU ŞAXTASINDA - Sabir Rüstəmxanlının və Səftər Rəhimlinin növbəti məhkəməsi keçiriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hüquq > QIŞIN BU ŞAXTASINDA - Sabir Rüstəmxanlının və Səftər Rəhimlinin növbəti məhkəməsi keçiriləcək

QIŞIN BU ŞAXTASINDA - Sabir Rüstəmxanlının və Səftər Rəhimlinin növbəti məhkəməsi keçiriləcək


DAK həmsədri Sabir Rüstəmxanlının DAK İdarə heyətinin üzvü, qurumun Azərbaycan nümayəndəliyinin rəhbəri Səftər Rəhimliyə qarşı qaldırdığı məhkəmə iddiasına bu gün 8 fevral 2012-ci ildə saat 16:30-da Yasamal rayon Məhkəməsində hakim Fuad Talışınskinin sədrliyi ilə baxılacaq.
Bu barədə jurnalistlərə Dünya Azərbaycanlıları Konqresinin Metbuat Xidmətinin Rəhbəri Peyman Sadıqov məlumat verib.
Xatırladaq ki, DAK-ın birləşməsindən dolayı baş verən çəkişmələrdən Sabir Rüstəmxanlı DAK-ın birləşməsini istəyən şəxsləri 03 avqust 2011-ci ildə keçirdiyi mətbuat konfransında İran və Rusiyanın adamları olduqlarını bildirib. Buna qarşılıq olaraq 05 avqust 2011-ci ildə Səftər Rəhimli “Gündəlik Bakı” qəzetinə verdiyi müsahibədə ”Sabir Rüstəmxanlı öz adını başqalarına qoyur”.Atalarda belə bir misal var deyir “Adımı senə qoydum sənidə yana–yana qoydum” deyə bildirərək “ Əslində Sabir Rüstəmxanlının vaxtı ilə rus “KQB”si ilə məcaralarından hər kəs danışır” deyə ifadə edib.
Ona görə də Sabir Rüstəmxanlı 11 avqust 2011-ci ildə Səftər Rəhimlini məhkəməyə verərək Az.Res CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını və cəzalandırılmasını tələb edib. Onu da bildirək ki, 2 dəfə Binəqədi rayon məhkəməsi Sabir Rustəmxanlının iddialarını əsassız hesab edərək işi ləğv edib. Sabir Rüstəmxanlı verilən qərardan razlaşmamış və Apelyasiyaya şikayət vermişdir. Sonda Apelyasiya məhkəməsi qərar çıxararaq yenidən baxılmaq üçün işi Binəqədi rayon məhkəməsinə geri göndərilmişdir. Binəqədi rayon məhkəməsi işi ləğv etmişdir. Sabir Rüstəmxanlı sonradan Yasamal rayon Məhkəməsinə şikayət etmişdir.Yasamal rayon məhkəməsi ilkin baxışı 30 yanvarında həyata keçirmişdir, bu gün isə ikinci baxış keçiriləcək.

Geri dön