Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan Gürcüstana qaz tədarükünü maksimum artıracaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Bildiriş > Azərbaycan Gürcüstana qaz tədarükünü maksimum artıracaq

Azərbaycan Gürcüstana qaz tədarükünü maksimum artıracaq


SOCAR Gürcüstana təbii qaz tədarükünü maksimum artıracaq. Bunu "SOCAR Energy Georgia" törəmə şirkətinin rəhbəri Mahir Məmmədov "Rustavi-2" telekanalına müsahibəsində deyib.

O, Gürcüstan rəhbərliyi ilə keçirilən görüşdən sonra bildirib: "Biz qış mövsümündə qaz verilişini müzakirə etdik. Belə ki, qış mövsümündə qaz istehlakı xeyli artır. Biz qaz tədarükünü maksimum - sutkada 7 milyon kubmetrədək artıracağıq".

M.Məmmədov qeyd edib ki, SOCAR Gürcüstana tədarük edilən qazın həcminin artırılması üçün yollar axtarır: "Xüsusilə də "Şahdəniz-1" mərhələsi çərçivəsində qış mövsümündə qazın verilişini artıracağıq".

Gürcüstanın energetika naziri Kaxa Kaladze bildirib ki, ölkənin qaz istehlakı sutkada 11 milyon kubmetri ötüb.

Hazırda SOCAR Gürcüstana 6 milyon kubmetr qaz tədarük edir ki, mövcud boru kəmərləri ilə bundan artıq almaq mümkün deyil.

Geri dön