Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yaponiyanın şimalında 6,7 bal gücündə zəlzələ olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > Yaponiyanın şimalında 6,7 bal gücündə zəlzələ olub

Yaponiyanın şimalında 6,7 bal gücündə zəlzələ olub


Yanvarın 14-də Yaponiyanın şimalında 6,7 bal gücündə zəlzələ olub. Milli Meteorologiya Agentliyinin məlumatına əsasən, yeraltı təkanların episentri Hokkaydo prefekturası ərazisində, ocağı 50 kilometr dərinlikdə yerləşib. Sunami təhlükəsi elan olunub. Hazırda dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.

Meteoroloqların bildirdiyinə görə, sunami dalğaları regionda qabarmaların səviyyəsini qismən dəyişsə də, sahil ərazilərində dağıntılara səbəb olmayacaq. Bununla yanaşı, yerli sakinlərdən sahildən maksimum uzaqlaşmaq xahiş olunub.

Hazırda “Hokkaido Electric Power” enerji şirkəti zəlzələdən sonra atom elektrik stansiyalarında vəziyyəti təhlil edir. Yeraltı təkanlar nəticəsində Sapporo şəhərində iki yaşlı qadının xəsarət aldığı bildirilir.

Zəlzələ paytaxt regionu da daxil olmaqla ölkənin şimalında yerləşən 13 prefekturada hiss olunub.

“East Japan Railway” dəmir yolu şirkətinin məlumatına görə, yeraltı təkanlar nəticəsində şimal istiqamətində hərəkət edən sürətli “Şinkansen” qatarlarının hərəkəti də dayandırılıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Geri dön