Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İcra hakimiyyətlərinin ləğvi gündəmdə
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > İcra hakimiyyətlərinin ləğvi gündəmdə

İcra hakimiyyətlərinin ləğvi gündəmdə


Son zamanlar icra strukturlarında ciddi islahatların aparılması, çevik hökumətin qurulması kimi məsələlər gündəmə gətirilir. Bəzi məlumatlara görə, bir sıra dövlət qurumları ləğv olunacaq. Bununla yanaşı, icra hakimiyyətlərinin də ləğv olunacağı və bu qurumun səlahiyyətlərinin bələdiyyələrə veriləcəyi ilə bağlı məlumatlar var. Hər kəsə bəllidir ki, icra hakimiyyətlərinin əksəriyyətinin yarıtmaz fəaliyyəti əhali arasında narazılığı gücləndirir. Son hadisələr, bəzi icra başçılarının sosial sifarişə adekvat olmayan hərəkətləri bunu deməyə əsas verir. İcra hakimiyyətlərinin ləğv olunması və bu qurumun səlahiyyətinin bələdiyyələrə verilməsi ehtimalı nə qədər həqiqətə yaxındır və bu addımın atılmasının hansı müsbət tərəfləri var?

Millət vəkili Fərəc Quliyev isə bildirir ki, bu təklif yeni deyil: “Mən özüm də bu məsələ ilə bağlı dəfələrlə çıxışlar, təkliflər etmişəm. Hökumətlə müxalifət arasında dialoq zamanı da bu məsələyə toxunmuşam. Burada bir neçə avantaj var. Biri budur ki, həm paralellik aradan qaldırılar, həm büdcə xərclərinə qənaət olunar, həm ara strukturları ləğv olunar, həm də bələdiyyələrə hakimiyyətin bir qisim hüquqları verilməklə, onlarda məsuliyyət yaranar. Burada da ən müxtəlif siyasi spektrdan olanlar ölkədəki məsuliyyəti də bölüşərlər. Bu çox lazımlı bir məsələdir. Üstəlik də, bələdiyyələr yerli seçkilər vasitəsilə formalaşdığından əhali mərkəzi aparata etiraz etməz. Onlar idarəçilikdə ciddi şəkildə iştirak edərlər, həm də problemlərin aradan qaldırılmasında özləri də maraqlı olaralar. Ümumiyyətlə, icra strukturlarının bələdiyyələrlə əvəz olunmasının tam tərəfdarıyam. Bu həm idarəetmədə effektli nəticə yaradacaq, çevik idarəetmə formalaşacaq, həm də mərkəzdə idarəetmə saxlanmaqla operatorluq da yerlərə veriləcək. Bu həm qənaətcil olmaq, həm çevik idarə, həm mərkəzləşmə, həm də məsuliyyəti bölüşmək baxımından çox əhəmiyyətli bir yanaşmadır”.

Hazırkı bələdiyyə kontingentinin bu keyfiyyətlərə cavab verib-vermədiyinə gəlincə isə, millət vəkili deyir ki, əlbəttə, icra hakimiyyətlərində çalışan mütəxəssislər, kənarda olan ekspertlər həmin bələdiyyə sistemində təmsil olunarlarsa, ən müxtəlif formada onlar bu prosesdə iştirak edə bilərlər: “Yəni bələdiyyədə idarəetməni təkcə ora seçilən üzvlər həyata keçirmirlər. Onlar sadəcə, rəhbərlik edirlər. Ona görə də əslində, bu strukturların birləşdirilərək effektli olmasından söhbət gedir. Təbii ki, mən, bələdiyyələrin hamısını tanımıram. Bilmirəm ki, hansının gücü hansı səviyyədədir. Onlar yerlərdə seçilən, cəmiyyət arasında nüfuzu olan insanlardırlarsa, yaranacaq nöqsanları da mütəxəssislərlə birgə həll etmələri mümkündür”.

Geri dön