Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > HEÇ OLMADI BİR XOŞ GÜNÜMÜZ
HEÇ OLMADI BİR XOŞ GÜNÜMÜZ |
Heç olmadı bir xoş günümüz, ay bahalanma,
Aldı başımız üstünü ah-vay, bahalanma. Çoxları tökür başına şabaş təki pulu, Bir bilməyirlər nədir o say, bahalanma. Qəpik-quruşa meylimizi etmişik pənah, Gözdə yaşımız olmadadı çay, bahalanma. Bizlər də axı bu Vətənin övladı olduq, Harayımıza kimsə demir hay, bahalanma. Yaşayış pulu, işıq pulu, qaz pulu artar, Başımızı bir dürtməyə yox tay, bahalanma. Dediklərimə inamını etmirsən rəva, Onda dur özün dərdimizi say, bahalanma. Heç andıra qalmış nöyütdən görmədik səfa, İçlərdəki ahlarımızı yay, bahalanma. Üzdə gülüşə olmayacaqdır daha hacət, Dolaşıq olub bizlərə gün-ay, bahalanma. Vətən əhli dükan-bazarı eyləyir seyir, Borclar da edib günümüzü zay, bahalanma İndi daha səhər bizə lazım deyil əsla, Deyək bütün yatmışlara lay-lay, bahalanma. Bu Şadimanın dilinə dinc durmağı dedim, Töhmətləri etdi mənə çox pay, bahalanma. 17.12.2013 Şirin Xanım Kərimbəyli Şadiman BALIQ BAHA, DAHA ƏTİ YEMİRƏM Kasıbların dilindən Balıq baha, daha əti yemirəm, Dərdlərim bol, bir çoxunu demirəm. Bahalaşır hər gün ərzaq qiyməti, Nədir belə möhtəkirlər niyyəti? Dükan-bazar yıxır-sökür milləti, Balıq baha, daha əti yemirəm, Dərdlərim bol, bir çoxunu demirəm. Varlıların gözü qızır, ay aman, Haqqı danıb, yoldan azır, ay aman, Kasıblara quyu qazır, ay aman, Balıq baha, daha əti yemirəm, Dərdlərim bol, bir çoxunu demirəm. Çoxdan alıb başımızı qan-qada, Qarabağda yurdlar susub fəryada, Niyə biz də gün görmədik dünyada? Balıq baha, daha əti yemirəm, Dərdlərim bol, bir çoxunu demirəm. İşsizlərin sayı artır günbəgün, Atlar dönüb, olur qatır günbəgün, Millət düşüb, xəstə yatır günbəgün, Balıq baha, daha əti yemirəm, Dərdlərim bol, bir çoxunu demirəm. Bir vaxt xoşbəxt olacaqmı, bu ölkə? Süfrəsin bol salacaqmı, bu ölkə? Yenə dala qalacaqmı, bu ölkə? Balıq baha, daha əti yemirəm, Dərdlərim bol, bir çoxunu demirəm. Neft çıxaran Vətəndə hər şey baha, Harınların qorxusu yox heç daha, Nərdivanı qoyub çıxır Allaha, Balıq baha, daha əti yemirəm, Dərdlərim bol, bir çoxunu demirəm. Qiymətlər də gündən-günə artmada, Kasıb-kusub sinəsini yırtmada, Çoxu hələ xorhaxorla yatmada, Balıq baha, daha əti yemirəm, Dərdlərim bol, bir çoxunu demirəm. Kim olacaq bu millətin arxası? Canımızdan nə qalıb ki, qorxası? Şər əlində haqqımızın yaxası, Balıq baha, daha əti yemirəm, Dərdlərim bol, bir çoxunu demirəm. Neft çıxaran ölkənin bax halına, Haram ciblər içdə qalan malına, Daraşıbdı qurdlar-quşlar yalına, Balıq baha, daha əti yemirəm, Dərdlərim bol, bir çoxunu demirəm. Kasıbların bir dərmanlıq pulu yox, Yaşamağa bağlanıbdı yolu yox, Tərpənməyə, danışmağa halı yox, Balıq baha, daha əti yemirəm, Dərdlərim bol, bir çoxunu demirəm. İnfarkt, xərçəng cumur xalqın üstünə, Şəkər durub camaatın qəsdinə, Yamanlığı artıranın qəsdi nə? Balıq baha, daha əti yemirəm, Dərdlərim bol, bir çoxunu demirəm. Əzizlərim pensiyaya çatmadı, Pul-parasız xəstəliyə batmadı, Gecələri ağrılardan yatmadı, Balıq baha, daha əti yemirəm, Dərdlərim bol, bir çoxunu demirəm. Millət qaçır həkim üçün İrana, Dava-dərman burda baha, sorana, Mühakimə yoxdu yara vurana? Balıq baha, daha əti yemirəm, Dərdlərim bol, bir çoxunu demirəm. Şadimana sən danışma, sus dedim, Tut dilini, dar ağacdan as dedim, Gətirməyən kor bəxtini pus, dedi: “Balıq baha, daha əti yemirəm, Dərdlərim bol, bir çoxunu demirəm.” 09.01.2014 Şirin Xanım Kərimbəyli Şadiman Geri dön |