Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Səhiyyə Nazirliyi: İndiyədək qriplə əlaqədar götürülən heç bir nümunədə H1N1 virusu aşkarlanmayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Səhiyyə Nazirliyi: İndiyədək qriplə əlaqədar götürülən heç bir nümunədə H1N1 virusu aşkarlanmayıb

Səhiyyə Nazirliyi: İndiyədək qriplə əlaqədar götürülən heç bir nümunədə H1N1 virusu aşkarlanmayıb


Azərbaycanda indiyədək qriplə əlaqədar götürülən heç bir nümunədə H1N1 virusu aşkarlanmayıb, hazırda ölkədə “donuz qripi” ilə bağlı heç bir təhlükə yoxdur.

Bunu Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Liya Bayramova deyib.

L.Bayramova bildirib ki, Səhiyyə Nazirliyi Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda, 1 saylı Kliniki Tibbi Mərkəz və 7 saylı Uşaq Yoluxucu Xəstəliklər xəstəxanasında “donuz qripi” xəstəliyi ilə əlaqədar xüsusi palatalar ayrılıb və onlar hazır vəziyyətə gətirilib.

L.Bayramova “donuz qripi” ilə əlaqədar laborator müayinələrin aparılması üçün bütün şəraitin, kifayət qədər test ehtiyatının, diaqnostika imkanlarının olduğunu söyləyib.

Geri dön