Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Xalq təbabəti
Xalq təbabəti |
Şəfa verən bitkilər,səfa verən bitkilər.
ARMUD Armud yemək mədəni qüvvətləndirir,həzmi asanlaşdırır. Tumundan ( çəyirdəyindən ) 10 qram acqarına içilsə bağırsaq qurdlarını tökür. ALMA Ürəyi qüvvətləndirir,tənginəfəsliyi,ürək döyünməsini aradan qaldırır,qanı artırır. Çəyirdəyi acqarına yeyildikdə bağırsaq qurdlarını tökür. BALQABAQ Bişirilib sirkə ilə yeyildikdə isitmə xəstəyini sağaldır. Suyundan şərbət hazırlayıb içməklə zökəm və qaymarit mənbəli baş ağrılarını kəsir. Mürəbbəsi can dərmanıdır! BÖYÜRTKƏN Çox yeyilsə,gözlərə xeyirdir,babasilə qarşı faydalıdır. Kökünü qaynadıb içmək öd kisəsinin daşını tökür,saçları ağarmağa qoymur,gözə işıq verir. KARTOF Adamı kökəldir,qanı artırır. Sinəni hər cür sərtlik və öskürəkdən qoruyur. Çiy kartof əzilərək yanıq və şiş üzərinə qoyulsa,fayda verir. Böyrəyə çox xeyirdir. Kartof suyu ilə saçı yuduqda tükləri möhkəmləndirir. LİMON Hərarətin,qusmanın qarşısını alır. Qabıqları yeyildikdə zəhərlənməni zərərsizləşdirir. Damarları genişləndirir,qan dövranını yaxşılaşdırır. SİZCƏ XALQ TƏBABƏTINA YOXSA APTEKLƏRDƏN ALDIĞIMIZ DƏRMANLARA İNANAQ? Geri dön |