Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “İnformasiya təhlükəsizliyi kontekstində elektron təhlükəsizlik” mövzusunda təlimlərə başlanılıb.
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “İnformasiya təhlükəsizliyi kontekstində elektron təhlükəsizlik” mövzusunda təlimlərə başlanılıb.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “İnformasiya təhlükəsizliyi kontekstində elektron təhlükəsizlik” mövzusunda təlimlərə başlanılıb.


Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında “İnformasiya təhlükəsizliyi kontekstində elektron təhlükəsizlik” mövzusunda təlimlərə başlanılıb.

Üç gün davam edəcək təlimin təşkilində məqsəd elektron informasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində gənclərin hazırlığının artırılması, məlumatların mühafizəsi üsulları, sosial mediadan düzgün istifadə qaydalarının aşılanması və bu sahədə maarifləndirmə işinin aparılmasıdır.

İlk olaraq MEK-in direktoru tibb üzrə fəlsəfə doktoru Leyla İmanova təlimin əhəmiyyətindən danışıb, gənclərin informasiya təhlükəsizliyi sahəsində bilik və bacarıqlarını artırmaq, onları düzgün yönləndirmək və vərdişlər qazandırmaq istiqamətində mühüm rolu olan belə təlimlərin mütəmadi keçirilməsinin vacibliyini vurğulayıb.

Sonra Mətbuat Şurasının Onlayn media məsələləri üzrə nümayəndəsi Ellada Mustafayeva təqdimatla çıxış edib. Təqdimatda elektron informasiya təhlükəsizliyi, konfidensial və fərdi məlumatların mühafizəsi üsulları, virtual mühitdə informasiya üçün təhlükə yaradan daxili və xarici faktorlar, kitabxanalarda konfidensial məlumatlardan istifadə qaydaları, mühafizə tədbirləri və digər məsələlərdən bəhs olunub. Bildirilib ki, cəmiyyətin həyatında informasiyanın, informasiya resurslarının və texnologiyalarının rolunun artması informasiya təhlükəsizliyi məsələlərini ön plana çıxarır. Cəmiyyəti mühüm məlumat və biliklərlə təmin edən informasiya eyni zamanda cəmiyyətə müəyyən zərərlər də vura bilər. Ona görə də, informasiyanın cəmiyyətdə rolunu müsbət istiqamətdə nizmlamaq üçün informasiyanın özünün qorunması və neqativ informasiyanın yayılmasının qarşısının alınması vacib faktordur.

Təqdimatda həmçinin internet məzmun təhlükəsizliyi məsələlərinə də toxunulub.

Daha sonra təlim iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələrlə davam edib.

Geri dön