Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > "Böyük bir iqtisadi amnistiya olmalıdır"- Fərəc Quliyev
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > "Böyük bir iqtisadi amnistiya olmalıdır"- Fərəc Quliyev

"Böyük bir iqtisadi amnistiya olmalıdır"- Fərəc Quliyev


Deputat Fərəc Quliyev: “İmkanlarını ortaya qoyub işləmələri mütərəqqi haldır və buna şərait yaradılmalıdır”

Prezident İlham Əliyevin son müşavirədə qeyri-neft sektorunun inkişaf etdirilməsinin vacib olmasını söyləməsi, ölkədə sahibkarlığın inkişafına şərait yaradılması haqda çıxışları bir çox sahibkarları hərəkətə keçirdi.

Ölkə sahibkarlığının durumu, onların prezidentə müraciətlərinə baxılması, yaranmış iqtisadi böhrandan çıxış yolları ilə bağlı deputat Fərəc Quliyevin də fikirlərini öyrəndik.

Deputat deyir ki, bütün sahibkarlara, istər Zülfüqarov qardaşları olsun, istər digərlərinə ölkədə normal fəaliyyət göstərmələri üçün münbit şərait yaradılmalıdır: “Bütövlükdə onun tərəfindəyəm ki, böyük bir iqtisadi amnistiya olmalıdır, əmlaklar leqallaşdırılmalıdır. İş adamlarına işləmək, iş yerləri açmaq imkanı verilməlidir. Ümumiyyətlə, hakimiyyətdə də başqa cür düşünmürlər. Düşünürəm ki, müraciət edən sahibkarların müraciətinə də yox deyilməz. Bu dəqiqə ölkənin elə vəziyyətidir ki, tam səfərbər olmaq, iş bilən adamların dəstəyi, ölkə iqtisadiyyatının inkişafı üçün öz vəsaitlərini, imkanlarını ortaya qoyub işləmələri mütərəqqi haldır və buna şərait yaradılmalıdır”.

F.Quliyev deyib ki, ölkədə sahibkarlığın inkişafı üçün münbit şərait yaradılması ölkənin inkişafı deməkdir:“Sahibkarlara vergidə güzəşt olunmalı, gömrükdə müəyyən tariflərə yenidən baxılmalıdır. Elə etmək lazımdır ki, ölkəyə investisiya qoyuluşu üçün tam münbit şərait yaransın. Bundan başqa, kreditlər də əlçatan olmalıdır”.

Qeyd edək ki, Zülfqarlı qardaşlarına məxsus zavodlar qanunsuz olaraq əllərindən alınıb. Bununla bağlı illərlə məhkəmə çəkişmələri olub. Nəticədə rentabelli məhsullar istehsal edən zavodlar fəaliyyətsiz qalıb.

Geri dön