Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan Beynəlxalq Bankı JCB kartlarına xidmətə başladı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Azərbaycan Beynəlxalq Bankı JCB kartlarına xidmətə başladı

Azərbaycan Beynəlxalq Bankı JCB kartlarına xidmətə başladı


Azərbaycanda ilk dəfə olaraq Azərbaycan Beynəlxalq Bankı JCB International beynəlxalq ödəniş sisteminə aid kartlar üzrə xidmətə başlayıb. Bankdan verilən məlumata görə, JCB kartlarından Azərbaycan Beynəlxalq Bankının bütün bankomat və POS terminallarında istifadə etmək olar.

Yaponiyanın böyük ödəniş sistemi olan JCB (Japan Credit Bureau) 1961-ci ildə yaradılıb. Bu gün bütün dünyada 89 milyondan çox şəxs JCB kartlarından istifadə edir. JCB kartları Yaponiyadan başqa dünyanın 19 ölkəsində, o cümlədən Çində, Cənibi Koreyada, Tayvanda, Vyetnamda, İndoneziyada, Filippində, Sinqapurda, Avstriyada, İspaniyada, ABŞ-da və Rusiyada buraxılır.

JCB beynəlxalq ödəniş sistemi kart qəbulu nöqtələrinin sayına görə dünyada üçüncüdür. JCB kartlarına dünyanın 190 ölkəsində, 28 milyondan çox ticarət və iaşə mərkəzində xidmət göstərilir.
Bu ödəniş sistemi ilə əməkdaşlıq indi JCB kartlarından Azərbaycan Beynəlxalq Bankına məxsus 730 bankomatda, habelə Bankın xidmət şəbəkəsinin əhatə etdiyi 11 mindən çox ticarət və ximət məkanında da istifadə imkanı verir.

Azərbaycan Beynəlxalq Bankı Visa International, MasterCard Worldwide, American Express, Diner’s Club və Union Pay beynəlxalq ödəniş sistemləri ilə də əməkdaşlığı uğurla davam etdirməkdədir.

35 filiala və 43 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud (012) 937 və ya *2265 nömrəli Məlumat Mərkəzindən əldə etmək mümkündür.

Geri dön