Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan Avropa İttifaqını Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqeyə çağırıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Azərbaycan Avropa İttifaqını Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqeyə çağırıb

Azərbaycan Avropa İttifaqını Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqeyə çağırıb


"Avropa İttifaqını və onun əhəmiyyətli institutu olan Avropa Parlamentini münaqişənin həllində beynəlxalq hüququn norma və prinsipləriə əsaslanan mövqe tutmağa çağırıram və bu xüsusda ikili standartlara yol verilməməlidir", - Bunu xarici işlər naziri Elmar Məmmədyarov Belçikada keçirilən "Avropa İttifaqı (Aİ) - Azərbaycan: tərəfdaşlıq üçün yeni üfüqlər" adlı konfransda çıxışı zamanı deyib.

Məmmədyarov münaqişə ilə bağlı AP-nin qəbul etdiyi 2010-cu il qətnaməsində, Azərbaycanın işğal olunmuş bütün torpaqlarından işğalçı qüvvələrin çıxarılması və öz doğma evlərindən didərgin düşmüş minlərlə insanın geri qayıtma haqlarının tanınması ilə bağlı ədalətli mövqeyini ucadan və çəkinmədən dünya ictimaiyyətinin diqqətinə çatdırdığı üçün AP-yə təşəkkür edib və 2010-cu il qətnaməsinin bu qəbildən olan sonuncu AP sənədi olmayacağına inandığını bildirib.

Nazir Elmar Məmmədyarov çıxışında hazırda Azərbaycanın Cənubi Qafqaz bölgəsində, eləcə də beynəlxalq miqyasda oynadığı əhəmiyyətli rolu, ölkənin iqtisadi inkişafı və həyata keçirilən islahatlar, xarici siyasətin prioritetlərindən biri olan Avropa İttifaqı ilə münasibətlərindən bəhs edərək, Aİ ilə strateji tərəfdaşlıq münasibətlərinin inkişafının əhəmiyyətini vurğulayıb.

Xarici İşlər Naziri insanlar arasında əlaqələrin qurulmasının əhəmiyyətini qeyd edərək, bununla əlaqədar Aİ ilə viza sadələşdirilməsi və readmissiya haqqında sazişlər üzrə danışıqlarının ən qısa zamanda başlanmasının əhəmiyyətini bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Geri dön