Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Bildiriş > "Bank of Azerbaijan"ın əmanətçiləri 10 gün ərzində vəsaitlərini alacaqlar
"Bank of Azerbaijan"ın əmanətçiləri 10 gün ərzində vəsaitlərini alacaqlar |
Bağlanan "Bank of Azerbaijan" ASC-nin əmanətçilərinin vəsaitləri 10 gün ərzində tam ödəniləcək. Bunu Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Azad Cavadov bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, fond bu günədək "Bank of Azerbaijan"ın 430-dan çox əmanətçisinə artıq 9 milyondan artıq vəsait ödəyib: "Bu gün kompensasiyaların ödənişinin yalnız beşinci günüdür. Biz artıq kompensasiyaların 3-də birindən çoxunu ödəmişik. Hər gün agent banklar "Bank of Azerbaijan"ın 150-200 əmanətçisini qəbul edir. Hər gün əmanətçilərə orta hesabla təqribən 3 milyon manat qaytarılır". Qeyd edək ki, yanvarın 29-dan "Bank of Azerbaijan"ın sığortalanmış əmanətçilərinin ərizələrinin qəbuluna başlanılıb və elə həmin gündən kompensasiyaların ödənişi həyata keçirilir. Bu bankda sığortalanmış əmanətlərin həcmi 24 milyon manat təşkil edir. Fond hər bir sığortalanmış əmanət üzrə 30 min manatədək vəsait qaytarır. Geri dön |