Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ABŞ konqresmeni 20 Yanvar və Xocalı faciələri ilə bağlı bəyanat verdi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Diaspor > ABŞ konqresmeni 20 Yanvar və Xocalı faciələri ilə bağlı bəyanat verdi

ABŞ konqresmeni 20 Yanvar və Xocalı faciələri ilə bağlı bəyanat verdi


ABŞ-ın Nyu-Cersi ştatından olan konqresmen Donald Peyn 20 Yanvar və Xocalı faciələrinin ildönümü ilə əlaqədar Birləşmiş Ştatların Konqresində bəyanatla çıxış edib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, konqresmen bəyanatında 1990-cı ilin 20 yanvar tarixində sovet ordusunun dinc nümayiş keçirən mülki şəxslərə hücum etdiyini və nəticədə 130-dan çox insanın həyatını itirdiyini qeyd edib. O, həmçinin Azərbaycan torpağı olan Xocalıda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə aralarında qadın və uşaqların da olduğu 600-dən çox insanın qətlə yetirildiyini bildirib.

D.Peyn bəyanatında bu faciəvi tarixlərin anılması ilə bağlı Konqresin digər üzvlərinə də çağırış edib.

Konqresmen sonda Azərbaycanın strateji baxımdan əhəmiyyətli bölgədə yerləşdiyini, ABŞ-ın güclü müttəfiqi olduğunu vurğulayıb.

Geri dön