Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Maliyyə Nazirliyinin dövlət istiqrazlarının buraxılışı uğurla həyata keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, İqtisadiyyat > Maliyyə Nazirliyinin dövlət istiqrazlarının buraxılışı uğurla həyata keçirilib

Maliyyə Nazirliyinin dövlət istiqrazlarının buraxılışı uğurla həyata keçirilib


Azərbaycan Respublikası Maliyyə Nazirliyinin "Bakı Fond Birjası" QSC-də hərraca çıxardığı manat və ABŞ dollarında olan dövlət istiqrazlarının buraxılışı uğurla həyata keçirilib.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, ümumi həcmi 12,0 milyon ABŞ dolları olan 1 illik və 2 illik dövlət istiqrazları müvafiq olaraq 2.77 faiz və 3.02 faiz gəlirlilik dərəcəsi ilə investorlar tərəfindən alınıb. Eyni zamanda, ümumi həcmi 20,0 milyon manat məbləğində 6 aylıq və 1 illik dövlət istiqrazları müvafiq olaraq 7.79 faiz və 8.8 faiz gəlirlilik dərəcəsi ilə yerləşdirilib.

Azərbaycan Respublikası Maliyyə Nazirliyi ümumi həcmi 500 milyon ABŞ dolları və 400 milyon manat məbləğində dövlət qeydiyyatından keçmiş emissiya prospektlərinə uyğun olaraq, cari ilin sonunadək dövlət istiqrazları üzrə mütəmadi hərracların keçirilməsini təmin edəcək.

Geri dön