Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Sabahdan Azərbaycan ərazisində yağıntılar kəsiləcək, temperatur yüksəlməyə başlayacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Sabahdan Azərbaycan ərazisində yağıntılar kəsiləcək, temperatur yüksəlməyə başlayacaq

Sabahdan Azərbaycan ərazisində yağıntılar kəsiləcək, temperatur yüksəlməyə başlayacaq


Bu gün Bakıda və Abşeron yarımadasında gün ərzində əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq, lakin gecəyə doğru yarımadanın bəzi yerlərində az qar yağacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə rəisi Gülşad Məmmədovanın verdiyi məlumata görə, güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.

Fevralın 12-də Bakı və Abşeron yarımadasında havanın gün ərzində əsasən yağmursuz keçəcəyi, mülayim şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu gecə saatlarında 2-6 dərəcəyədək şaxta, gündüz 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək.

Azərbaycanın rayonlarında da bu gün arabir qar yağacaq, gündüz yağıntılarda qısa müddətə fasilə yaranacaq. Havanın temperaturu Mərkəzi Aran rayonlarında gündüz saatlarında 0-3 dərəcə şaxta, dağlarda isə 5-10 dərəcə şaxta təşkil edəcək.

Fevralın 12-də səhər qərb rayonlarından, gündüz isə şərq rayonlarından başlayaraq yağıntıların kəsiləcəyi gözlənilir. Havanın temperaturu gündüz saatlarında Mərkəzi Aran rayonlarında 1-6 dərəcəyədək isti, dağlarda isə günorta saatlarında 1-6 dərəcə şaxta təşkil edəcək.

Fevralın 13-ü və 14-də hava şəraiti bu günlə müqayisədə nisbətən mülayim, gün ərzində yağmursuz keçəcək. Havanın temperaturu bu günlə müqayisədə tədricən yüksələrək günorta saatlarında 5-6 dərəcə isti təşkil edəcək. Yaxın 2-3 gün ərzində hava şəraitində mühüm dəyişiklik gözlənilmir.

Geri dön