Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Sahibkarlar qısa vaxt ərzində müsbət nəticələri görəcəklər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Sahibkarlar qısa vaxt ərzində müsbət nəticələri görəcəklər

Sahibkarlar qısa vaxt ərzində müsbət nəticələri görəcəklər


Millət vəkilləri Apellyasiya Şurasının iş adamlarına yaradılan süni maneələrin araşdırılmasında mühüm rol oynayacağını düşünürlər

“Apellyasiya Şurasının yaradılması cənab prezidentin son dövrdə ölkədə sahibkarlığın inkişafına göstərdiyi diqqətin, qayğının növbəti göstəricisidir. Fikir vermisinizsə, axır zamanlar onun imzaladığı fərmanların əksəriyyəti bu sahə ilə bağlıdır və iqtisadi sahədə konkret islahatlar aparılmaqdadır. Belə ki, orta və kiçik sahibkarlığın inkişafı üçün xeyli işlər görülür. Bu o deməkdir ki, hazırda ölkədə əsas diqqət qeyri-neft sektoruna, daha doğrusu, onun inkişafına yönəlib”. Bu sözləri “millət vəkili Musa Quliyev ölkə başçısı İlham Əliyevin Prezident yanında Apellyasiya Şurasının yaradılması haqqında verdiyi fərman haqda fikirlərini bölüşərkən dedi. Qeyd etdi ki, şuranın yaradılması sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin müraciətlərinə baxılması sahəsində çoxpilləliyin təmin edilməsi, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən yuxarı orqana şikayətlərin verilməsi mexanizminin təkmilləşdirilməsi məqsədi ilə yaradılıb: “Fərmanla “Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası haqqında Əsasnamə” və “Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının tərkibi” təsdiq edilib və bununla da yeni iş mexanizmi qurulub. Təbii ki, şuranın fəaliyyətinin təşkili ilə bağlı zəruri tədbirlər görmək, prezident aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təklif hazırlanması Nazirlər Kabinetinə tapşırılıb. Şuranın fəaliyyətinin təməlində qanunçuluq, şəffaflıq, kollegiallıq, qərəzsizlik prinsipləri dayanır və əsas məqsəd korrupsiya hallarının qarşısını almaqdır”.

Millət vəkili artıq belə bir qurumun yaradılmasına ehtiyac duyulduğunu da söylədi: “Bilirsiniz ki, şura öz fəaliyyətini mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, habelə hüquqi və fiziki şəxslərlə əlaqəli şəkildə həyata keçirir. Burada əsas hədəfin nə olduğunu məncə, hamı bilir. Ölkə rəhbərliyi çalışır ki, əhalinin sosial müdafiəsinin təmin olunmasında, şəffaflığın artırılmasında, korrupsiya və monopoliya ilə mübarizədə heç bir geriləmə olmasın və bu istiqamətdə görülən işlərin miqyası bir az da genişləndirilsin. Apellyasiya Şurasının yaradılması sahibkarlara yerlərdə bərabər imkanlar yaradılması, lazımi dəstəyin göstərilməsi, o cümlədən maliyyə dəstəyinin, kreditlərin verilməsi, müəyyən güzəştlərin edilməsi məqsədi daşıyır. Qurum həmçinin, sahibkarlar üçün bazar tapılması, onların fəaliyyətinə hərtərəfli dövlət yardımının göstərilməsi, eyni zamanda, onlara qarşı yaradılan subyektiv əngəllərin vaxtında aradan qaldırılmasına xidmət edəcək. Bu kimi işlər bütövlükdə Azərbaycanda əhalinin sosial rifahının müdafiəsini və yüksəlməsini təmin edəcək, işsizliyin aradan qaldırılmasına töhfə verəcək. Bir sözlə, Azərbaycan iqtisadiyyatı, xüsusən də, qeyri-neft sektoru inkişaf edəcək. Düşünürəm ki, bu məqam həm də şəffaf, demokratik hökumət quruculuğunda mühüm yer tutacaq. Apellyasiya Şurası vasitəsilə indiyə qədər sahibkarlara qarşı olan müəyyən problemlərin araşdırılması, aradan qaldırılması, tədbirlərin görülməsi həyata keçiriləcək ki, bunun onların ürəyincə olmasına heç bir şübhə etmirəm. Bu qərar həm də hökumətə, parlamentə, cənab prezidentə təkliflərin verilməsi üçün əhəmiyyətli addımdır. Hesab edirəm ki, şura çox doğru bir zamanda yaradıldı və Azərbaycanın iş adamları qısa vaxt ərzində bunun müsbət nəticəsini görəcəklər”.

Millət vəkili Fərəc Quliyev də prezidentin bu qərarı vaxtında verdiyini, sahibkarların bundan sonra öz işlərini daha rahat şəkildə qura biləcəklərini dedi: “Prezidentin son zamanlar bu istiqamətdə çıxışlar etdiyi, tapşırıqlar verdiyi hamıya məlumdur. Mən onun çıxışlarına diqqətlə qulaq asıram. Hər dəfə sahibkarlara azad mühitin yaradılması ilə bağlı mesajlar verir və özü də iqtisadi sahənin inkişafı üçün mühüm fərmanlar imzalayır”.

F.Quliyevin fikrincə, bu cür islahatların aparılması təkcə sahibkarlığın inkişafına hesablanmayıb. Bu yolla eyni zamanda, korrupsiyaya qarşı mübarizə tədbirlərinin genişləndirilməsi planlaşdırılır: “Prezident hər çıxışında korrupsiya mövzusuna da toxunur və müəyyən tədbirlərin görülməsi haqda danışır. Azərbaycan təcrübəsində çox müsbət nəticə - ASAN xidmət nümunəsi var. Bu o deməkdir ki, islahatlar yolu ilə korrupsiyanın qarşısını almaq mümkündür. ASAN xidmət bütün dünyada brendə çevrilib. Çünki onun effektiv nəticəsi göz önündədir. İndi də Apellyasiya Şurasının belə bir nümunəyə çevriləcəyini düşünürəm. Hər zaman müəyyən işlərin görülməsi üçün ictimai nəzarətin təşkil olunmasına ehtiyac olur. Bu qurumun da effektli nəticə əldə edəcəyini düşünürəm. Ümumiyyətlə, aparılan işləri özbaşına buraxmaq doğru deyil. Çünki indiyə qədər baş vermiş yanlışlar əvvəlki strukturların yol verdikləri səhvlər üzündən olub. Ona görə də bu qurumun yaranmasını təqdir edirəm. Hesab edirəm ki, prezidentin yanında sərbəst fəaliyyət göstərməklə daha yaxşı nəticələr əldə etmək mümkündür. İndiki dövr yeni yanaşmalar tələb edir. Həm iqtisadi islahatlarla, həm də korrupsiyaya qarşı mübarizə ilə bağlı olaraq yeni yanaşmalar lazımdır. Ümumiyyətlə, yeni bir səhifənin açılmasına ehtiyac var. Ona görə də belə bir qurumun yaradılması zərurəti yaranmışdı. Düşünürəm ki, şura gələcəkdə idarəetmədə struktur dəyişikliyi ediləndə bir qaranquş rolunu oynaya bilər”.


“Turkish-American Medical Centre" klinikasının baş direktoru, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının İdarə Heyətinin üzvü Ramiz Əliyev isə deyib ki, Prezident yanında Apellyasiya Şurasının yaradılması sahibkarlar və dövlət orqanları arasında fikir ayrılıqlarını və mübahisələri qısa müddət ərzində nizamlamağa imkan verəcək. Onun sözlərinə görə, bu, özəl sahibkarlar və müxtəlif dövlət strukturları arasında mübahisəli vəziyyətlərin həlli prosesini xeyli yüngülləşdirəcək: "Yaradılmış şura sahibkarların hüquq və azadlıqlarının qorunmasının təmin edilməsi sahəsini genişləndirməyə də kömək edəcək".

R.Əliyev, həmçinin Azərbaycanda sahibkarlara lisenziya verilməsinin sadələşdirilməsi üçün görülmüş tədbirləri də qeyd edib: "Əgər əvvəllər lisenziyanı beş il müddətinə alırdıqsa, hazırda bizə müddətsiz lisenziya verilib. Bunu dövlətin sahibkarlara münasibətdə vacib addımı hesab edirəm. Bu addım dövlətin onların qayğısına qaldığını nümayiş etdirir".

O, əlavə edib ki, bəzi maliyyə çətinliklərinə rəğmən, klinika göstərdiyi xidmətlərin qiymətini artırmayıb: "Doğrusu, ötənilki iqtisadi hadisələrdən sonra göstərdiyimiz xidmətlərin qiymətini yüksəltməyi düşünürdük. Belə ki, klinika üçün bütün texnika xaricdən tədarük edilir və ona görə xarici valyutada ödəyirik. Lakin dövlət başçısının xalqı düşünməyin və ümumi çətinliklərin öhdəsindən birgə gəlməyin zəruriliyi barədə son çıxışlarından sonra mövcud vəziyyəti müzakirə etdik və xidmətlərimizin qiymətlərini artırmaq fikrindən daşındıq".

Şəfa Tapdıq

Geri dön