Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Naringinin möcüzəli keyfiyyətləri
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Naringinin möcüzəli keyfiyyətləri

Naringinin möcüzəli keyfiyyətləri


Kiçik günəş adlandırılan naringi insanın ovqatını yüksəldir. Bu gözəl, dadlı və ətirli meyvənin şəfalı xüsusiyyətləri çox genişdir. Bir naringinin tərkibində sümükləri və dişləri bərkidən 26 milliqram kalsium və 12 milliqram fosfor, habelə sinir gərginliyini aradan qaldıran 8 milliqram maqnezium var. Alimlər müəyyən ediblər ki, mövsümü Yeni il bayramına düşən bu meyvə qaraciyər xərçəngi, viruslu hepatit və diabetin inkişafı, habelə qan-damar sisteminin ciddi patologiyaları riskini təxminən 9 faiz azaldır.

“naget.ru” saytı xəbər verir ki, mütəxəssislər naringinin faydalı xüsusiyyətlərinin siyahısını tərtib ediblər.

Naringinin efir yağı antiseptik, sakitləşdirici və tonusu yüksəldən təsirə malikdir, qıcıqlanmanı sakitləşdirir, yuxu gətirir, qan təzyiqini salır, toxumalarda qanın sirkulyasiyasını optimallaşdırır, həzmə kömək edir, çəkinin artmasının qarşısını alır, orqanizmin müqavimətini və qoruyucu xüsusiyyətlərini artırır, bağırsaqlarda qıcqırma və çürümə proseslərini aradan qaldırır.

Naringinin şirəsi, ləti və qabığından quru, normal və yağlı dərilər üçün kosmetik preparatların hazırlanmasında istifadə olunur.

Geri dön