Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Rusiya və Azərbaycan ali məktəbləri əməkdaşlığın yeni mərhələsində
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Rusiya və Azərbaycan ali məktəbləri əməkdaşlığın yeni mərhələsində

Rusiya və Azərbaycan ali məktəbləri əməkdaşlığın yeni mərhələsində


Təhsil sahəsində qarşılıqlı fəaliyyət Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın ən mühüm istiqamətlərindən biridir. Bu ənənəvi əməkdaşlıq yüksək səviyyədədir, çünki Azərbaycan postsovet məkanında rus dilinin millətlərarası ünsiyyət dili kimi qaldığı, rusdilli təhsilin isə tamamilə qorunub saxlandığı azsaylı ölkələrdən biri olub və indi də belədir. Keçən il ölkələrimiz arasında təhsil sahəsində əlaqələr daha da möhkəmlənib. Bakıda keçirilən Azərbaycan-Rusiya universitetlərarası forumu zamanı Rusiya və Azərbaycan Ali Məktəbləri Assosiasiyası yaradılması barədə memorandum imzalanıb. Son 20 ildə Rusiyada beynəlxalq səviyyəli iri elmi tədbirlərin heç biri Azərbaycan nümayəndələrinin iştirakı olmadan keçirilməyib və əksinə.

Cari ildə təhsil məkanlarının yaxınlaşması və bu sahədə vahid məkan yaradılması meyli davam edib: Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutu Rusiyanın elmi institutları və mərkəzləri ilə əməkdaşlığı inkişaf etdirmək niyyətində olduğunu bildirib. İnstitutun direktoru Yaqub Mahmudovun sözlərinə görə, artıq Rusiyanın Sankt-Peterburq , Tatarıstan, Dağıstan, Adıgey, Kabarda-Balkar, Həştərxan və digər regionlarındakı ali məktəblərlə sazişlər imzalanmaq üçün hazırdır. Yaqub Mahmudov qeyd edib ki, bu addım Rusiya ilə Azərbaycan arasında indiyə qədər yaranmış dostluq münasibətlərinin daha da inkişaf etdirilməsinə yönəlib. O, bir məqama diqqəti cəlb edir ki, Azərbaycanın bu institutunda çoxdan fəaliyyət göstərən “Azərbaycan-Rusiya əlaqələri tarixi” şöbəsi mütəmadi olaraq beynəlxalq konfranslar keçirir. Bu sahədə Rusiyanın elmi mərkəzləri ilə əməkdaşlığa maraq qarşılıqlıdır.

Rusiya-Azərbaycan Dostluq Mərkəzinin direktoru Nataliya Krasovskayanın fikrincə, söhbət iki ölkə arasında humanitar əlaqələrin yeni mərhələsindən gedir. Ekspert deyir: “Son iki-üç ildə Rusiya və Azərbaycan vahid təhsil məkanı yaradılmasına yaxınlaşıblar. Aydındır ki, bu, uzun prosesdir, lakin biz daim yaxınlaşmaya, təcrübə və vərdişlər mübadiləsinə, iki ölkənin təhsil və elm sisteminin inteqrasiyasına kömək edən müxtəlif birlik və ittifaqlar yaradılmasına yönəlmiş addımların şahidləriyik”.

Təhsil sahəsində Rusiya ilə Azərbaycan arasında qarşılıqlı fəaliyyətin yeni mərhələsi barədə xəbərlər hər iki ölkədə ruh yüksəkliyi ilə qarşılanıb. Məsələn, Rusiya Elmlər Akademiyasının Rusiya Fəlsəfə Cəmiyyətinin beynəlxalq məsələlər üzrə vitse-prezidentinin müavini Ariz Gözəlov qeyd edib ki, Rusiyada və dünyada ən hörmətli Azərbaycan alimlərindən biri olan Yaqub Mahmudovun təşəbbüsü ölkələrimiz arasında möhkəm elmi əlaqələrin xeyrinədir. Azərbaycanda təhsil sektorunun inkişafı layihəsinin ictimai əlaqələr sahəsində institusional inkişaf üzrə koordinatoru Elçin Sərdarov xatırladıb ki, elm sahəsində Azərbaycan və Rusiyanın əməkdaşlığı zəngin tarixə malikdir, bu sahədə əlaqələrin inkişaf etdirilməsi hər iki tərəfin xeyrinədir. O deyib: “Aparıcı institutların elmi və təhsil resurslarından istifadə edilməsi, təcrübə mübadiləsi, müştərək araşdırmalar, müasir şəraitdə elmin müxtəlif sahələrində müqayisəli təhlillər həm təcrübəli, həm də gənc alimlərimiz üçün faydalıdır. AMEA-nın Tarix İnstitutunun Rusiyadakı elmi institutlar və mərkəzlərlə əməkdaşlıq niyyətlərini yalnız alqışlamaq olar, çünki bu təşəbbüs ölkələrimiz arasında dostluğun və mehriban qonşuluğun möhkəmlənməsinin və elm sahəsində gələcək birgə nailiyyətlərin rəhnidir”.

Qeyd etmək lazımdır ki, təhsil sahəsində Azərbaycanla əməkdaşlıq təkcə yüksək səviyyədə razılaşmalarla məhdudlaşmır - regional ali məktəblərlə əməkdaşlıq bu işi daha da fəallaşdırır. Məsələn, N.Q.Çernışevski adına Saratov Dövlət Universiteti ilə Azərbaycan Texniki Universiteti arasında saziş çərçivəsində rusiyalı tələbələrin Bakıda təhsil almasına imkan yaranıb. Ural Dövlət İqtisad Universiteti (UrDİU) Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Turizm İnstitutu ilə tərəfdaşlıq münasibətləri qurub. UrDİU-nun beynəlxalq qrantlar şöbəsinin rəisi Marqarita Medvedeva deyib: “Azərbaycan bizim əməkdaşlığın inkişafının prioritet istiqamətlərindən biridir. Gələcəkdə birgə elmi-praktiki konfranslar keçirilməsi planlaşdırılır. UrDİU Azərbaycan Respublikasının ali məktəbləri arasında yeni tərəfdaşlar da axtarır”. Onun fikrincə, yaxın vaxtlarda Yekaterinburqda keçirilmiş altıncı Rusiya-Azərbaycan Forumu birgə işin ən mühüm mərhələlərindən biridir. Həmin forumda iki ölkə arasında vahid təhsil məkanı yaradılması problemlərinə və bu işin perspektivlərinə xüsusi diqqət yetirilib, fəal tələbə gənclərin mövqeyindən Rusiya ilə Azərbaycan arasında qarşılıqlı fəaliyyətin yol xəritəsi işlənib hazırlanıb.

Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Dmitri Savelyev hesab edir ki, ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin möhkəmlənməsi son nəticədə hər iki dövlətin rifahının yüksəlməsinə gətirib çıxaracaq. Deputat deyir: “İstənilən sahədə birgə araşdırmalar həmişə ölkələrin intellektual potensialının və innovasiyalı iqtisadiyyatın artmasına şərait yaradır. Əminəm ki, bu, müasir şəraitdə çox vacib məsələdir və Rusiya ilə Azərbaycan arasında təhsil sahəsində gələcək əməkdaşlıq bu məsələnin həllinə imkan yaradacaq”.

Geri dön