Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gələcəyin silahı: beyinə təsir və fikrin gücü ilə idarə olunan robotlar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Gələcəyin silahı: beyinə təsir və fikrin gücü ilə idarə olunan robotlar

Gələcəyin silahı: beyinə təsir və fikrin gücü ilə idarə olunan robotlar


Britaniya Kral Elmlər Akademiyasının alimləri gələcəyin silahından bəhs ediblər. Onların qənaətinə görə, gələcək müharibələr, insan beyninə birbaşa təsir də daxil olmaqla, rəqibə "psixoloji manipulyasiya etmə"nin uğurundan asılı olaraq başlayacaq.

Alimlər hərbi sənət, səhiyyə və informasiya texnologiyalarındakı son tendensiyaları öyrəniblər. Məruzə cari həftə Londonda müasir texnikanın ən müxtəlif sahələrinin aparıcı mütəxəssislərinin iştirakı ilə keçirilən geniş müzakirələr əsasında hazırlanıb. Həmin sənəddən çıxarışlar bu gün London KİV-də dərc olunub. Bu barədə İTAR-TASS xəbər verir.

Məruzədə qeyd edilir ki, artıq indi energetik silahın hərbi qulluqçuların hərəkətlərinin əlaqələndirilməsinə və güclü, gözə görünməyən impuls yaradan prototipləri mövcuddur.

Bəzi laboratoriyalarda insanda xüsusi dalğalar vasitəsilə qorxu və çarəsizlik hissi yaradaraq ona təsir edən psixoloji silah sistemlərinin sınaqları keçirilir. Bu halda hərbçilərdə və komandanlıqda qələbə və hətta müqavimət iradəsi tamamilə boğulur.

Qabaqcıl tədqiqatın daha bir istiqaməti insan beyninin uzaq məsafədən robotların hərəkətlərini idarə etməyə imkan verən implantlara alışdırılmasıdır. Nəticədə insan intellekti ilə robotun texniki imkanlarını birləşdirən xüsusi döyüş sistemi yaranır. Bununla da onların qarşısında döyüş tapşırıqlarının yerinə yetirilməsi üçün üfüqlər dəfələrlə genişlənir.

Geri dön