Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > "Xocalıya ədalət" kampaniyası çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsində təqdimat keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Diaspor > "Xocalıya ədalət" kampaniyası çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsində təqdimat keçirilib

"Xocalıya ədalət" kampaniyası çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsində təqdimat keçirilib


Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatının Dialoq və Əməkdaşlıq üzrə Gənclər Forumunun baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-dən başlayan “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində dövlət qurumları, gənclər təşkilatları və ali təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunan təqdimatlar təşkil edilir.

Bu il ilk belə təqdimat fevralın 12-də Diasporla İş üzrə Dövlət Komitəsində keçirilib. Təqdimat zamanı “Xocalıya ədalət” beynəlxalq kampaniyasının fəaliyyəti çərçivəsində Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində atılan addımlar, hazırlanan müxtəlif nəşr, video və digər təbliğat vasitələri barədə məlumat verilib.

Bildirilib ki, kampaniyanın dəstəyi ilə bu günədək müxtəlif ölkələrdə Xocalı faciəsinə həsr olunan çoxsaylı tədbirlər keçirilib, geniş təbliğat-təşviqat işi aparılıb. Kampaniyanın fəaliyyəti nəticəsində bir sıra dövlətlərin parlamentləri tərəfindən Xocalı hadisələrinin rəsmi şəkildə soyqırımı kimi tanınması və Ermənistanın Azərbaycana qarşı təcavüzünün pislənməsinə nail olunub.

Təqdimat mərasimində gələn həftədən fəaliyyətə başlayacaq “Xocalıya ədalət” saytı ilə bağlı da məlumat verilib.

Sonda Komitə əməkdaşlarının “Xocalıya ədalət” kampaniyasının fəaliyyəti ilə bağlı sualları cavablandırılıb, təklif və şərhləri dinlənilib.

“Xocalıya ədalət” beynəlxalq kampaniyasının əsas məqsədi Xocalı soyqırımına beynəlxalq səviyyədə adekvat siyasi-hüquqi qiymətin verilməsi, ədalətin təmin olunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsindən ibarətdir.

Qeyd edək ki, kampaniyanın beynəlxalq səviyyədə fəaliyyəti ilə yanaşı, Xocalı soyqırımı ilə bağlı dövlət qurumları və ictimai təşkilatlar tərəfindən aparılan təbliğat-təşviqat işlərinin səmərəliliyinin artırılması və bu fəaliyyətin əlaqələndirilməsinin gücləndirilməsi məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən Azərbaycanda “Xocalıya ədalət” Beynəlxalq Kampaniyası İctimai Birliyi təsis edilib. İctimai Birlik tərəfindən soyqırımı həqiqətlərinin çatdırılması üçün müxtəlif vasitələr, o cümlədən Xocalı faciəsi barədə müfəssəl məlumatların toplandığı resurs bazası olmaqla yanaşı, internet istifadəçilərinin kampaniyanın gedişatında iştirak etmək imkanı yaradan interaktiv platforma kimi çıxış edən internet səhifəsi, soyqırımı həqiqətləri barədə çap materialları, Xocalı faciəsi ilə bağlı bütün aspektləri əhatə edən “PowerPoint” formatında təqdimat, soyqırımının fəsadlarını əks etdirən foto və videomaterialların əks olunduğu multimedia dəsti və s. hazırlanıb.

Geri dön