Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > AKP -nin çoxluq təşkil etdiyi TBMM KOMİSSİYASI XOCALI SOYQIRIMI İLƏ BAĞLI MƏSƏLƏNİ GÜNDƏLİYƏ SALMAQ TƏKLİFİNİ QƏBUL ETMƏYİB
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > AKP -nin çoxluq təşkil etdiyi TBMM KOMİSSİYASI XOCALI SOYQIRIMI İLƏ BAĞLI MƏSƏLƏNİ GÜNDƏLİYƏ SALMAQ TƏKLİFİNİ QƏBUL ETMƏYİB

AKP -nin çoxluq təşkil etdiyi TBMM KOMİSSİYASI XOCALI SOYQIRIMI İLƏ BAĞLI MƏSƏLƏNİ GÜNDƏLİYƏ SALMAQ TƏKLİFİNİ QƏBUL ETMƏYİB


Türkiyə Böyük Millət Məclisinin üzvü Sinan Oğan parlamentin 9 fevral iclasında Xocalı soyqırımından danışıb. O, erməni vandalizminin ən son izlərinin 20 il əvvəl Azərbaycanın Xocalı şəhərində qaldığını vurğulayıb: “Xarici ölkələrdə Türkiyə əleyhinə “soyqırımı” ittihamları səsləndirildiyi bir şəraitdə Türkiyə Böyük Millət Məclisi bu qətliama siyasi qiymət verməlidir. Azərbaycan Respublikasının Milli Məclisi bu qətliamı soyqırımı kimi tanıyıb. Biz də parlamentə müvafiq qanun layihəsi təqdim etmişik. Lakin bu səhər xarici əlaqələr komissiyasının gündəliyinə Xocalı qətliamının soyqırımı kimi qəbul olunması məsələsini salmaq təklifimiz qəbul edilmədi. Ümidvaram ki, bu təklif qəbul olunacaq”.
Sinan Oğanın Türkiyə parlamentinə təqdim etdiyi qanun layihəsində Xocalıda ermənilərin törətdiyi qətliamın soyqırımı kimi tanınmasının zəruriliyi əsaslandırılıb, 26 fevralın Türkiyədə “Xocalı soyqırımı qurbanlarının xatirəsini anma günü” elan olunması təklif edilib. Qanun layihəsində ölkənin böyük şəhərlərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidələrin ucaldılması, Ankaradakı Paris prospektinin Xocalı prospekti adlandırılması, De Qol prospektinə isə Xocalı qurbanlarından birinin adı verilməsi təklifləri də əksini tapıb.

Geri dön