Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan-Təbriz > GÜNEY XƏBƏRLƏRİ
GÜNEY XƏBƏRLƏRİ |
Əsgər Əkbərzadə
Tehran ETTELAATına köçürülüb Azərbaycanlı milli-mədəni fəal, keçmiş siyasi məhbus cənab Əsgər Əkbərzadə 20 gün saxlanıldıqdan sonra Thran ETTELAATına (İran Kəşfiyyat Nazirliyi) köçürülüb. Urmu Gölü ilə bağlı Ərdəbildə keçirilən Kütləvi Yürüşdən bir neçə gün öncə tutuqlanan Əkbərzadə, artıq Tehran ETTELAATının təcridxanasında saxlanılır. Bu xəbər, oktyabrın 1-də onun ailəsinə Ərdəbilin İnqilab Məhkəməsinə müraxiət edərkən bildirilib. Xatırladaq ki, Tanmış azərbaycanlı fəal Abbas Lisanidə Ərdəbilin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) təcridxanasından Tehran ETTELAATına köçürülüb. Urmu gölü məsələsi alman mediasının da diqqətini cəlb edib Urmu gölünün quruldulması və İrandakı soydaşlarımızın ana dilində təhsil almamaları ilə bağlı İranın Almaniyadakı səfirliyi qarşısında keçirilən aksiya haqqında bu ölkənin nüfuzlu “Taqesspiegel” qəzeti reportaj dərc edib. Bu haqda məlumatı Almaniya Xristian Demokratlar İttifaqının üzvü, jurnalist Fəxrəddin Hacıbəyli bildirib. “Qəzet İranın Almaniyadakı səfirliyi önündə keçirilən aksiya haqqında, Urmu məsələsi nə üçün qurudulur, İrandakı Azərbaycanlıların taleyi ilə bağlı və İran səfirliyinin aksiya reaksiya verməməsini xüsusi reportajında əsk etdirib” - deyə, Fəxrədddin Hacıbəyli qeyd etdi. Fəxrəddin Hacıbəyli onu da qeyd etdi, Urmu məsələsinin alman mediasının diqqətini cəlb etməsi bir daha onu göstərir ki, bu məsələni diqqət saxlamaq lazımdır. “Almaniyanın çox tirajlı qəzetində Urmu məsələsi haqqında xəbərin yayılması, bu məsələ ətrafından informasiya blokadasını yarmağa kömək edir” - deyə, jurnalist bildirdi. Rza Xacei və Əkbər Mühaciri tutuqlanıblar Güney Azərbaycanda azərbaycanlı fəallara qarşı təzyiqlər davam edir. Məlumata görə, oktyarbrın 1-də Təbrizdə Rza Xacei və Əkbər Mühaciri tutuqlanıblar. Adını çəkdiyimiz hər iki milli-mədəni fəal Sahib-ül Əmir bazarında öz iş yerlərində təhlükəsizlik qüvvələri tərərindən tutuqlanıb və naməlum istiqamətə aparılıblar. Qeyd edək ki, cənab Əkbər Mühaciri iftar mərasimində tutuqlanan Mehdi Mühacirinin qardaşıdır. Tutuqlular barədə hələlik heç bir məlumat yoxdur. Ankarada İran səfirliyi qarışında aksiya keçirilib Urmu Gölü və Ana dili ilə bağlı 1 oktyabr etiraz yürüşünə Türkiyə paytaxtı Ankaradan da dəstək gəldi. Bu gün İranın Anakadarakı səfirliyi qarşısında Güneydə keçirilmkdə olan etiraz yürüşünə dəstək məqsədi ilə aksiya keçirilib. Məlumata görə, aksiyada Güneyli və Quzeyli Azərbaycanlılarla birlikdə Anadolulu soydaşlarımızda iştirak ediblər. Geri dön |