Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Giya Paçxataşviliyə ürək sözüm
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Borçalı > Giya Paçxataşviliyə ürək sözüm

Giya Paçxataşviliyə ürək sözüm


İşıqlı Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü


Giya Paçxataşvilini çoxdan tanıyıram: onun xarakterində insanlığı soraq verən çox cəhətlər var: mənəvi həyanlıq, təmənnasızlıq, şöhrət aludəçisi olmamaq, dəbdəbəni sevməmək, təbiətə anadangəlmə bağlılıq və s.
Giya Paçxataşvilinin bitməyən insanlıq borcu var: o, fitrətən çətinlikdən güc ala bilir, bu halı canlı, fərəhli yaşaya bilir.
***
Siyasətlə yaşamır, doğal yaşayır. Çəkdiyi dərdi başa qaxmır, dərdinə yiyəlik edə bilir.
Albinosluğu ömrünə çox çətinliklər gətirib. Həyatın ondan asılı olmayan bəlalarına dözüb, çoxlu məqamları aşıb, yenə də aşmaqdadır.
***
Onun üçün rahatlıq yoxdur əslində. İliyinəcən duyur ki, rahat, biganə yaşamağı mümkün deyil.
Lovğalığını görmədim.
Ulusunun gözəlliklərini sevdiyi dərəcədə də türk ulusuna ciddi sayğılıdır.
***
Onun ulusallığında bəşəriliyi təsdiq olunur.
İçtəndir (səmimidir).
İnam Atanın (Asif Atanın) “Bədiyyat” əsərini gürcü dilinə tərcümə edib, ərdəmli (ləyaqətli) söz yazıb.
Gürcü ulusunun da Atadan, Mütləqə İnam Dünyabaxışından öyrənməli, qazanmalı (bəhrələnməli) olduğunu ərklə deyir.
Əsl insançı-bəşəri baxışdır.
***
Giya insani-ulusal cəhətləri poetik düzümləyə bilir, hiss-həyəcanı canlıdır, davamlıdır.
Şeirində də zəifliyi yoxdur, zərifliyi var- xarakterindən gələn; şair üçün bu, əsas cəhətdir-kimsəyə başqa cür görünsə də.
Giyanın tərcüməçiliyi var: dünyanın irsindən xəbərdardır, bir neçə dil bilməsi peşəkarlığını cilalayır, yaradıcı imkanlarını artırır.
***
Lamarasını itirdi, sarsılması təbiidir, ancaq həyat eşqi sönmədi, sönə bilməzdi də. Ona görə ki, Lamarasının yarıda qırılan ömrünü yaşamalıdır...
***
Giyada başlıca dəyərləndirdiyim yönü: Kutsallığa (müqəddəsliyə), ayrıca olaraq Azərbaycanın ulusal dəyərlərinə sayğılıdır. Bu, İnsanlığın Sabahı üçün çox gərəklidir.
Əzizim Giya! Sizə aqibətiniz üstə bitməyən İnsanlıq fərəhi diləyirəm.

28 Uyum günü, Qar ayı, 37-ci il (28.01.2016)

Geri dön