Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Yol qəzalarında piyada ölümü halları niyə artır?
Yol qəzalarında piyada ölümü halları niyə artır? |
Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri zamanı, xüsusən də piyadaların vurulması ilə nəticələnən qəzalarda əksər hallarda sürücülər günahkar hesab edilir. Bu, ölkədə baş verən yol qəzalarının rəsmi statistikasında da görünür.
Rəsmi statistikaya görə, ölkənin avtomobil yollarında piyadaların vurulması ilə nəticələnən yol qəzalarının 98 faizində sürücü günahkar hesab edilir. Hətta piyada keçidi olmayan ərazilərdə belə piyadalar vurulursa, bu halda piyadalar deyil, sürücülər daha çox məsuliyyət daşıyırlar. Yol qəzalarının 98 faizində niyə sürücülər günahkar hesab edilir? Artıq neçə illərdir ki, Daxili İşlər Nazirliyinin Respublika Dövlət Yol Polisi İdarəsi tərəfindən avtomobil yollarında piyada zolağı olmayan ərazilərdən keçən piyadalar cərimələnir. Bu proses Bakı şəhərində daha ciddi şəkildə həyata keçirilir. Amma buna baxmayaraq piyadalar yenə də piyada zolağı olmayan yerlərdə yolu keçməklə özlərinin və digərlərinin həyatını təhlükəyə atırlar. Bakıda əhalinin sıx olduğu ərazilərdə yeraltı və yerüstü keçidlər olsa da, piyadalar həmin keçidlərdən istifadə etmədən yolun hərəkət zolağından keçməyə cəhd edirlər. Nəticədə ay ərzində onlarla piyada yol qəzalarının qurbanı olur, həyatını itirir və ya müxtəlif dərəcəli bədən xasarətləri alır. Əksər hallarda da bu cür baş verən yol qəzalarında piyada deyil, sürücü günahkar hesab edilir. Qanunvericilik nə deyir? Əslində, qanunvericilikdə belə deyil. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu, “Yol Hərəkəti Qaydaları” və İnzibati Xətalar Məcəlləsində yollarda baş verən yol-nəqliyyat hadisələrində sürücü ilə yanaşı, piyadanın da məsuliyyəti göstərilib. Bununla bağlı qanunvericilikdə boşluq yoxdur. Qanunvericilik imkan verir ki, baş vermiş yol qəzalarında sürücü ilə yanaşı, piyadanın da məsuliyyəti müəyyənləşdirilsin və hadisəyə obyektiv hüquqi qiymət verilsin. Amma Azərbaycan praktikasında bu hadisələr araşdırılarkən sonda piyada məsuliyyətdən yayındırılır və bir çox hallarda məsuliyyət sürücünün üzərində qalır. Məsələn, qanunvericiliyə görə, piyadanın avtomobil yollarında yalnız piyada keçidindən istifadə etməsi vacib hesab edilib. Bundan başqa, sənəddə piyadaların yollarda piyada zolağı olmayan ərazisindən keçməsi qadağan olunub və bunun üçün müvafiq miqdarda cərimələr də nəzərdə tutulub. Əhalinin və avtomobillərin sıxlıq təşkil etdiyi ərazilərdə yol polisi bu cür hallara nəzarət edir və gün ərzində onlarla piyada cərimələnir, onların avtomobil yollarına çıxmasının qarşısı alınır. Amma buna baxmayaraq, yenə də piyadaların avtomobil yollarında piyada zolağı olmayan ərazilərdən keçməsi halları hələ də var. Əksər hallarda piyadaların vurulması hadisələri məhz piyada zolağı olmayan ərazilərdə baş verir. Amma hadisədən sonra aparılan araşdırmalarda əksər hallarda sürücülər məsuliyyətə cəlb edilir. Qonşu ölkələrlə Azərbaycanın müqayisəsi Əksər xarici ölkələrdə, xüsusən də Azərbaycanla qonşu ölkələr - Türkiyə, Rusiya, Gürcüstan və İranda avtomobillərin hərəkət zolağında piyadaların vurulması zamanı sürücü əksər hallarda məsuliyyət daşımır. Az hallarda bu cür hadisələr zamanı sürücü məsuliyyət daşıyır. Hadisələr obyektiv araşdırılır və sürücünün günahı olduğu sübuta yetiriləndən sonra sürücü məsuliyyətə cəlb edilir. Bu hallar isə ondan ibarət olur ki, hadisə baş verən ərazidə sürücü qanunvericiliklə nəzərdə tutulan sürət həddini aşarsa, sükan arxasında sürücünün diqqətini yayındıran vasitələrdən (telefonla danışmaq, komputer və digər avadanlıqla məşğul olmaq) istifadə edərsə və ya spirtli içki qəbul edərsə, sürücünün sərxoşluğu faktı aşkarlanarsa və sair. Bu cür hallarda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində sürücünün günahı sübuta yetirilərsə, sürücü məsuliyyətə cəlb edilir. Amma bu cür hallar olmadığı halda sürücünün heç bir günahı olmadığı halda yol qəzaları baş verərsə, bu zaman sürücü məsuliyyətdən azad edilir. Azərbaycanda niyə belə deyil? Azərbaycan qanunları qonşu ölkələrin qanunvericiliyindən daha təkmil olduğu halda, piyada bəzi hallarda məsuliyyətdən niyə yayındırılır? Digər ölkələrdə baş verən yol qəzalarının 50-60 faizi sürücünün, 40-50 faizi isə piyadanın günahı hesab edilir. Azərbaycanda piyadaların piyada keçidi olmayan ərazilərdən avtomobil yollarını keçməsi hallarının qarşısı alınmadığı üçün yollarda piyada vurulma hadisələri artır. Bununla bağlı Daxili İşlər Nazirliyi və Respublika Dövlət Yol Polisi İdarəsinin tərəfindən görülən tədbirlərin artırılmasına, eyni zamanda, piyadaların məsuliyyətinin artırılması ilə bağlı təbliğat tədbirlərinin gücləndirməsinə hələ də ehtiyac var. Geri dön |