Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Postneft dövrünün proseslərinə parlament nəzarəti komissiyası...
Postneft dövrünün proseslərinə parlament nəzarəti komissiyası... |
Fərəc Quliyev: "Onların da hər birinin kurasiyasında olan, birbaşa nəzarət etdiyi qurumlar var"
"Bəzi səlahiyyətləri artırmaqla biz mövcud komitələr çərçivəsində də həmin nəzarəti təmin edə bilərik" "Hesab edirəm ki, bu gün ölkəmiz üçün yeni dövr başlayır. Əminəm ki, bu dövr də uğurlu olacaq. Bu, postneft dövrüdür. Postneft dövrü, bizim hesablamalarımıza görə, 2040-cı ildən sonra başlamalı idi. Ancaq neftin qiymətinin kəskin düşməsi nəticəsində artıq biz postneft dövründə yaşayırıq". Bunu Prezident İlham Əliyev Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşündə deyib. İlham Əliyev bildirib ki, əlbəttə ki, iqtisadi sahədə ciddi islahatların aparılmasına çox böyük ehtiyac var: "Bu islahatlar başlayıb və dərinləşəcək. Biz çalışmalıyıq və əminəm buna nail olacağıq ki, Azərbaycan iqtisadiyyatı inkişaf etmiş ölkələrin iqtisadiyyatlarından fərqlənməsin, o səviyyədə olsun. Çünki gərək bütün mexanizmlər, bütün meyarlar bu tələbləri ehtiva etsin. Bizim çox güclü intellektual potensialımız var, coğrafi vəziyyətimiz çox əlverişlidir. Bu gün Azərbaycan tranzit ölkə kimi artıq dünya miqyasında böyük hörmətə malikdir. Siz də yəqin izləyirsiniz ki, tranzit yollar artıq Azərbaycandan keçir. Digər üstünlüklərimiz var. Azərbaycanda savadlılıq 100 faizdir. Bu da bizim böyük sərvətimizdir. Ona görə mən ölkəmizin uğurlu inkişafına nəinki inanıram, əminəm ki, belə də olacaq". Artıq ölkədə postneft dövrünə keçidlə bağlı zəruri addımlar atılmağa başlayıb. Qanunvericilik təkmilləşdirilir, struktur islahatları aparılır. Bu sahənin vacib şərtlərindən biri də qeyri-neft sektorunun inkişafına mane olan amilləri aradan qaldırmaqdır. Təbii ki, ilk yerdə korrupsiya və rüşvətxorluq durur. Bunun üçün müəyyən ictimai nəzarət mexanizmləri var və yaradılır. Hüquqi nəzarəti güc orqanları yerinə yetirir. Bəs postneft dövrünün inkişafını daha şəffaf təmin etmək üçün parlament komissiyasının yaradılmasına ehtiyac varmı? Millət vəkili Fərəc Quliyev qəzetimizə açıqlamasında bildirdi ki, bu çox gözəl ideyadır: "Bütün praktika göstərir ki, hansısa sahəni təkmilləşdirmək üçün sərt inzibati tədbirlərdənsə, islahat aparmaq daha məqbuldur. "Asan xidmət"in misalında bunun şahidi olduq. Təbiidir ki, hansısa prosesə parlamentin nəzarətinin təmin olunması daha vacibdir. Hazırkı parlamentin bu səlahiyyətləri var. Bilirsiniz ki, parlamentdə bir çox komissiyalar fəaliyyət göstərir. Onların da hər birinin kurasiyasında olan, birbaşa nəzarət etdiyi qurumlar var. Bəzi səlahiyyətləri artırmaqla biz mövcud komitələr çərçivəsində də həmin nəzarəti təmin edə bilərik". Məhəmmədəli QƏRİBLİ Geri dön |