Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > PULUM EY, PULUM
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > PULUM EY, PULUM

PULUM EY, PULUM



Alimlər qarşında çökər,
Məndən yazmaqçın dil tökər,
Sözdən mənə qala tikər,
Pulum ey, pulum.

Qapımdan necə girmisən?
Məni nə yaxşı görmüsən,
Bəxtimə düşən dürmüsən?
Pulum ey, pulum.

Aldığım diplom sənnəndi,
Alimliyim o günnəndi,
Dar cığırım ennəndi,
Pulum ey, pulum.

Bu yurd nə yaxşı məkandı,
Para əldə bir sükandı,
Hər işimdə bir təkandı,
Pulum ey, pulum.

Hamı məndən danışarlar,
Tərif üçün yarışarlar,
Hər dərdimə qarışarlar,
Pulum ey, pulum.

Oxudub zalım edərsən,
Sən məni alim edərsən,
Ad üçün aya gedərsən,
Pulum ey, pulum.

Əlimdən tutub yazarsan,
Hər kəsə quyu qazarsan,
Hərdən yolu da azarsan,
Pulum ey, pulum.

Səcdəmə durub gələrlər,
Baxıb üzümə gülərlər,
Dərdimdən düşüb ölərlər,
Pulum ey, pulum.

Qapılar özü açılar,
Gözlərdən günəş saçılar,
Sədlər, sərhədlər uçular,
Pulum ey, pulum.

Qəzet, jurnal dildən düşər,
Nəşriyyatlar əldən düşər,
Adım ən başda yerləşər…
Pulum ey, pulum.
Pulum ey, pulum
13.07.2011

Şirin Xanım Kərimbəyli Şadiman

Geri dön