Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Soyuq havanın səbəbləri...
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > Soyuq havanın səbəbləri...

Soyuq havanın səbəbləri...


2012-ci ildə qış fəslinin ötən zamanlardan daha sərt keçməsi ilə qlobal istiləşmənin təsirinin azaldığına inananların sayı artmağa başlayıb. Ancaq soyuqların səbəbi elə qlobal istiləşmədir.
Almaniyanın Alfred Vegener İstitutunun alimləri Avropada qış fəslinin bu qədər sərt keçməsinin səbəblərini araşdırıblar.
Araşdırmalar nəticəsində bəlli olub ki, son bir ildə müəyyən edilən ən isti ay 2011-in iyul ayıdır. Buna görə də buzlaqlar hər zaman olduğundan daha çox əriyib. Bölgədə daha az buzlaqların olması səbəbindən Günəşdən Yerə gələn şüalar atmosferə yetəri qədər yayıla bilməyib. Şüalar atmosferdə kifayət qədər yaxşı yayılmadığı üçün okean sularını normadan çox isidib. Bundan əlavə, buzlaqlar okean sularındakı istini azalda bilmədikləri üçün su havaya daha tez buxarlanıb.
Bütün bunlar atmosferdə və hava təzyiqi nizamında dəyişikliklərə səbəb olub. Normal zamanlarda isti havanı Avropaya itələyən və soyuğu Şimal qütbündə saxlayan təzyiq hərəkəti Arktik axının vəzifəsini yerinə yetirməyə mane olub. Buna görə də soyuq hava Avropanı zəbt edib.
Qeyd edək ki, son vaxtlar Avropada davam edən soyuqlar nəticəsində 400 nəfər ölüb.

Geri dön