Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > "Xocalıya ədalət" kampaniyasının konkret beynəlxalq nəticələri...
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > "Xocalıya ədalət" kampaniyasının konkret beynəlxalq nəticələri...

"Xocalıya ədalət" kampaniyasının konkret beynəlxalq nəticələri...


Rufiz Qonaqov: "Hazırda Xocalı faciəsinin soyqırım kimi tanınması istiqamətində işlər davam edir"

Fərəc Quliyev: "Millətimizə qarşı ermənilər tərəfindən soyqırım törədilməsi artıq dünyanın əksər ölkələri tərəfindən tanınır"

Tarixən ermənilərin Azərbaycan torpağında gözü olub. Ermənilər Azərbaycan xalqına qarşı amansız zülmlər edib. Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımlardan ən dəhşətlisi 1992-ci il fevralın 26-da Xocalıda baş verib. Xocalı faciəsi zamanı onlarla vətəndaşımız əsir düşüb, əsgərlərimiz şəhid olub.
Onlarla uşaq hər iki valideynini itirib. Xocalı hadisəsi zamanı əsir düşən xocalılara qarşı ermənilər tərəfindən insanlığa sığmayan işgəncələr verilib.
Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində lazımi işlər görülür. Qeyd edək ki, bu gün Xocalı soyqırımı ayrı-ayrı dünya ölkələri, nüfuzlu beynəlxalq qurumlar, ABŞ-ın
20-yə yaxın ştatı tərəfindən tanınıb.
Məlum olduğu kimi, 2008-ci il mayın 8-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Xocalıya ədalət!" beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasına start verilib.
Artıq 8 ildir "Xocalıya ədalət" kampaniyası dünyanın 50-dən çox ölkəsində uğurla həyata keçirilib.
Maraqlıdır, 2008-ci ildən bu günə kimi aparılan "Xocalıya ədalət" kampaniyası dünya miqyasında hansı nəticələrə nail olub?

Millət vəkili Fərəc Quliyev "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirlərə mövsümi baxılmamalıdır: "Millətimizə qarşı ermənilər tərəfindən soyqırım törədilməsi artıq dünyanın əksər ölkələri tərəfindən tanınıb. Xocalı soyqırımı ilə bağlı aparılan hər bir iş müsbət nəticəsini verir. O cümlədən, "Xocalıya ədalət" kampaniyası artıq rezonans doğurur. Adıçəkilən kampaniya nəticəsində dünyanın əksər ölkələri, Amerikanın bir çox ştatları Xocalı faciəsini soyqırım kimi tanıyır".
F.Quliyev hesab edir ki, "Xocalıya ədalət" kampaniyası tək Xocalının işğal günü ərəfəsində deyil, hər gün keçirilməlidir.


Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) rəhbəri Rufiz Qonaqov "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, "Xocalıya ədalət" kampaniyası 2008-ci ildə Leyla Əliyevanın təşəbbüsü ilə başlanıb: "Xocalının işğalının ildönümü ərəfəsində həm xaricdə olan diaspor təşkilatları, həm də Azərbaycanda fəaliyyət göstərən dövlət qurumları, vətəndaş cəmiyyəti anım mərasimi keçirir. Xocalı faciəsinin, erməni vəhşiliyinin, azərbaycanlılara qarşı soyqırım faktının dünyaya tanıdılması istiqamətində kifayət qədər işlər görülüb. Amerikanın bir neçə ştatı və müxtəlif ölkələr Xocalı soyqırımını tanıyır. Ayrı-ayrı dövlətlərin müxtəlif şəhərləri Xocalı soyqırımını tanımaqda davam edir. Bu bir daha onu göstərir ki, Azərbaycan xarici siyasətində gecə-gündüz çalışır ki, Xocalı faciəsi dünyanın hər bir ölkəsi tərəfindən soyqırım kimi tanınsın. Tək Xocalının işğalı günü ərəfəsində deyil, digər vaxtlarda da məlum faciə ilə bağlı işlər aparılır".
Həmsöhbətimizin sözlərinə görə, Azərbaycan mediasının və vətəndaş cəmiyyətinin əsas vəzifələrindən biri Xocalı faciəsini dünya ictimaiyyətinə olduğu kimi tanıtmaqdır: "Mən deməzdim ki, biz buna tam nail olmuşuq, amma bir çox hallarda, Xocalı faciəsini dünya ictimaiyyətinə çatdırmışıq. Hazırda Xocalı faciəsinin soyqırım kimi tanınması istiqamətində işlər davam edir".
Günel CƏLİLOVA

Geri dön