Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Nəzmiyyə Hicran: - Gözlərinin dərinliyində gizlənən qəhər
Nəzmiyyə Hicran: - Gözlərinin dərinliyində gizlənən qəhər |
Qızmar yay günü idi. Günəşin şöləsi şəhərdə nəfəs almağa macal vermirdi. Qızımı da götürüb İsmayıllı rayonuna üz tutdum. İki gün keçmədi ki, darıxmağa başladım. Şəhərin səs-küyü məni necə yola salmışdısa eləcə də maqnit kimi özünə çəkməyə başladı. Sabah yola düşəcəkdim. Kənddə olduğumu hamıya bəyan etmək üçün meyvə, giləmeyvə ağacları ilə şəkillər çəkib sosial şəbəkələrdə paylaşırdım. Axı ömrümdə birinci dəfə idi ki, İsmayıllıya gəlmişdim. Şəklimin altında yazılan bir rəy diqqətimi çəkdi. İmza mənə tanış gəlsə də xanımın kimliyini xatırlaya bilmədim, amma gələndə ona qarağat gətirəcəyimi də tez bazar söz verdim. Səhər açıldı, yola düşəcəkdim. Gedib qarağat koluna baxanda gördüm ki, dünənki giləmeyvələri dəriblər. Əli ətəyindən uzun şəhərə qayıtdım. Nəşriyyata getdim və burada yeganə məqsədim Şəmsiyyə adlı xanımı görmək idi. Qarağatsız idim deyə biraz özümü pərt hiss edirdim. Buna baxmayaraq, Şəmsiyyə xanım məni isti bir münasibətlə qarşıladı və arada əlimi ətəyimdən aşağı görüb qarağata da ehyam vurdu. Təbii ki, bu səmimi münasibətin qurulması idi. “Yeni Təfəkkür” qəzetinin Baş redaktoru, respublikanın əməkdar jurnalisti olduğunu da elə burdaca bildim. Qadının üzündəki səmimiyyət, ciddilik, zarafatyanalıq məndə ona qarşı bir doğmalıq hissi yaratmağa başladı. Elə hiss etdim ki, bu xanımı 5-10 ildir tanıyıram. Gözümə şən, şaqraq gülüşlü, dərdsiz, kədərsiz görünsə də gözlərinin dərinliyində gizlənməyə çalışan qəhər gözümdən yayınmadı. Amma heç nə soruşmadım, oturub öz planlarımı qeyri-ixtiyari onunla müzakirə etdim. Bir neçə ay sürətlə ötüb keçdi. Parlament seçkilərində mən də namizədliyimi vermişdim. Şəmsiyyə xanım jurnalist olaraq təmənnasız bütün görüşlərimdə iştirak etdi, qəzetində mütəmadi olaraq namizədliyimi, ədəbi fəaliyyətimi, siyasi mübarizəmi işıqlandırdı və məni “BU SİYASİ MÜBARİZƏNİN ÖNÜNDƏ” də görərəkdən böyük bir məqalə yazdı. Seçkidə uğur qazana bilmədim və çox üzüldüm. Şəmsiyyə xanım göz yaşlarımı görəndə mənə təskinlik verməyə başladı və bu təskinlik iki-üç cümlədən ibarət oldu: Nəzmiyyə, bununla həyat bitmir. Həyatda bir ölümə çarə yoxdur. Sən bu mübarizəni nə vaxtsa qazana da bilərsən, məğlubiyyət məhv olmaq demək deyil, həyat mübarizə meydanıdır. İnanın, matım-qutum qurudu və mənə bir anlıq elə gəldi ki, heç bu mübarizənin nə önündəyəm nə də sonunda. Sadəcə olaraq həyatımı, ömrümü yaşamalıyam əzizlərimlə. Beləcə, dostluğumuz davam etməyə başladı... Yaxın vaxtlarda yol üstü redaksiyasına döndüm və yenicə çapdan çıxmış nəfis tərtibatlı bir kitab gördüm qarşısında. Gözüm ilişib kitabın üz qabığında qaldı. Bir anlıq çaş-baş vəziyyətə düşdüm. Birinci dəfə idi ki, belə bir adda kitab görürdüm. Yaraşıqlı şəkili və altından böyük hərflərlə yazılmış “ŞƏMSİYYƏNİN KİTABI” yazısı məni ani olaraq duyğulandırdı, düşündürdü. Qeyri-adi bir kitabın olması məndə oxucu aclığı yaratdı. Kitabın tərtibatını beynimdə götür-qoy etdim, Adını, içindəki yazılanları öz-özlüyümdə yerbəyer etdim və qənaətim bu oldu ki, kitabın birini ondan istəyim. Oxumaq istəyirdim kitabı, çünki onun içində Şəmsiyyə xanımın mənim üçün gizli tərəfləri vardı. Kitabı verdi və oxuyub qaytararsan deməyi də unutmadı. İndi isə bu qatı açılmamış qalın, yaraşıqlı kitabı ehtiyatla, asta-asta vərəqləyirəm. Ön söz, kitabın redaktoru, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslana məxsusdur. O yazır; “Kitabda toplanmış bir çox yazılar olduqca duyğusal, eləcə də kədər notları ilə yüklənmiş, oxucunun gözlərindən yaş axıdacaq qədər qəmlidir. Bu xüsusilə də Qarabağ döyüşçüləri, müharibə veteranları, yaralılar, şəhidlər haqqında olan məqalələrdi. Bu yazılarda müəllif peşəkar publisist kimi təkcə hadisələri, faktları qələmə almır, həm də bunun səbəblərini açır. Diqqətli oxucu həmin an başa düşür ki, müəllif bunları havadan yazmayıb, özü də odun-alovun içindən keçib, müharibənin dəhşətlərini görmüş, yaşamışdır. Mən deyərdim ki, Şəmsiyyə Kərimovanın bu qəbildən olan yazıları kitabın ana xəttini təşkil edir. “Ayrılıq, aman ayrılıq”, “Ana toy gözləyirdi” sərlövhəli yazılarını xüsusi olaraq qeyd etmək istəyirəm. İnanmıram ki, oxucu bu adlarını çəkdiyim yazıları ürək ağrısı, qəlb sızıltısı, göz yaşı ilə oxumasın. Bir sözlə, bu xanım peşəkar jurnalist, mahir publisist olduğunu “Şəmsiyyənin kitabı”nda oxucuya sübut edə bilib” deyir. Kitabın vərəqlərində yer alan müsahibələr, məqalələr sovetlər dönəmindən ta bu günə qədər uzun bir yol gəlir. O yol ki, o yollarda Şəmsiyyə xanımın izləri var və bu izlər heç bir vaxt silinməyəcəkdir. Bu kitab əbədiyaşar həyatın daimiliyində yaşayacaq təkcə bir əsər kimi, toplu kimi deyil, həm də müəllifin bu dünyaya bəxş etdiyi bir övladı olacaqdır. O övlad ki, onun həyat yolunu, addım-addım getdiyi cığırlarını, uğurlarının unudulmasına imkan verməyəcək, sətirlərdə itib batmayacaq, yaddaşlardan silinməsinə imkan verməyəcək, ədəbi-ictimai fəaliyyətini hədər olmağa qoymayacaqdır. “Şəmsiyyənin kitabı” onun bu həyata bəxş etdiyi ikinci övladıdır, desək yanılmarıq. Oxucuları onu əzizlədikcə, vərəqlədikcə sevinəcək, kədərlənəcək, hardasa hönkür-hönkür ağlayacaq, amma fəxarət hissləri ilə... Kitabı oxudum, müəllifi daha yaxından tanıdım və bir Azərbaycanlı olaraq qürurlandım. Düşündüm ki, bu həyatda çoxlu var əldə etmək olar, şöhrət də qazanmaq olar, amma elmin qucağında dolanbac maneələri təkbaşına aşaraq, çətinlikləri ram edərək bir insan ömrünü əbədi dünyanın kulminasiya nöqtəsində məhz peşəkar qələm sahibi olaraq yaşatmaq hər ziyalıya nəsib olmur. Ancaq siz bu zirvəni sözünüzlə, qələminizin qüdrəti ilə, ürəyinizin haqq səsi ilə fəth etdiniz. Dünyaya gələn, öz dilinlə desək “ikinci övlad” ınızın ayağı sayalı və axarlı olsun. Bu sizin ikinci övladınızdır və son evladlarınızın sırasını səbirsizliklə gözləyirik! Nəzmiyyə Hicran, Şair- publisist Prezident təqaüdçüsü Geri dön |