Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bu gün ilk çərşənbə - Su çərşənbəsi qeyd olunur
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət, Bildiriş > Bu gün ilk çərşənbə - Su çərşənbəsi qeyd olunur

Bu gün ilk çərşənbə - Su çərşənbəsi qeyd olunur


Bu gün ölkəmizdə ilk çərşənbə - Su çərşənbəsi qeyd olunur. Nə üçün Su çərşənbəsi və ya el dilində desək, əzəl çərşənbə? Bunun Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədli açıqlayıb. Alimin sözlərinə görə, baharın gəlişi öncəsi çərşənbələr əsasən “Su”, “Od”, “Yel” və “Torpaq” kimi sıralanması qəbul edilib.

A.Əhmədli qeyd edib ki, Azərbaycanın əskər bölgələri ilk çərşənbənin “Su” çərşənbəsi kimi qeyd edilməsini dəstəkləyir: “Biz də ilk çərşənbənin “Su” çərşənbəsi olması üzərində dayanmalıyıq. Çünki canlı orqanizmin yaranması suda mümkün olub. İlk canlı orqanizm suda yarandığı üçün həyatın mənası, onun nüvəsi sudur. Bu da vacib məqamdır”.

Qeyd edək ki, axır çərşənvə martın 15-də qeyd olunacaq.

Bu il Azərbaycan ərazisində baharın gəlişi martın 20-i Bakı vaxtı ilə təxminən saat 08:30 radələrində baş verəcək.

Martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək. Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə astronomiyada “yaz bərabərliyi nöqtəsi” deyilir.

Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaq. Həmin andan başlayaraq, şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyunun 21-dək davam edir.

Geri dön