Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Uitni Hyustonun ölümünə səbəb onun qəbul etdiyi dərman ola bilər
Uitni Hyustonun ölümünə səbəb onun qəbul etdiyi dərman ola bilər |
Məşhur müğənni Uitni Hyuston bazar gününə keçən gecə vəfat edib. Bu barədə məlumatı müğənninin rəsmi nümayəndəsinə istinadən Assoşieyted Press agentliyi xəbər yayıb.
Hyustonun ölümün səbəbi barədə rəsmi məlumat yoxdur. RİA Novosti agentliyinin verdiyi xəbərə görə, 2010-cu ilin mart ayında Hyuston alkoqol və narkotik asılılıqdan ambulator müalicə kursu keçib. Hyuston 2009-cu ildə kritiklər tərəfindən yüksək qiymətləndirilən öz yeni "I Look to You" albomunu buraxmışdı. Həmin vaxtı müğənni sağlam olduğunu bildirsədə onun bir sıra çıxışları səhhəti ilə bağlı təxirə salınmışdı, pərəstişkarları isə onun çıxışlarını tənqid etmişdilər. 2000-ci illərin əvvəlindən başlayaraq müğənninin adı mətbuatda tez-tez narkotik asılılıqla bağlı çəkilirdi. Hyuston ən çox mükafata sahib olan aktrisa kimi Qinnes rekordlar kitabına düşüb. 11 yaşından başlayan yaradıcılıq fəaliyyəti ərzində Hyuston altı Qremmi, 15 Billboard Music Awards, 21 American Music Awards, iki Emmy и çoxsaylı digər mükafatlar alıb. TMZ internet-portalının yaydığı məlumata görə, müğənni "Xanax" ("Alprazolam") adlı psixotrop dərman preparatını qəbul edirdi. Bu isə onun yatmasına və nəticədə vannada boğularaq ölməsinə səbəb ola bilər. Hyustonun meyitinin yarılması nəticəsində onun ağ ciyərində su aşkar olunub. Bu onu göstərir ki, müğənni vannada yataraq və ya huşunu itirərək suda boğulub. Geri dön |