Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Təyyarələrdə smartfon və noutbuklarla bağlı yeni qadağa
Təyyarələrdə smartfon və noutbuklarla bağlı yeni qadağa |
Noutbuk, smartfon və fotokameralarda istifadə olunan akkumulyatorları bundan sonra təyyarələrə buraxmayacaqlar. Reuters xəbər verir ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) qərarına əsasən, qadağa 2016-cı il aprelin 1-dən qüvvəyə minir.
Yeni qaydalara əsasən, İCAO-ya üzv ölkələrin sərnişin təyyarələrinə litiy-ion akkumulyatorlar buraxılmamalıdır. Bu qadağa oda qarşı möhkəm qablaşdırma paketinin icad edilməyəcəyinə kimi qüvvədə qalacaq. Qadağa fotokamera, smartfon və diqər elektronik cihazlarda istifadə olunan standart akkumulyatorlara şamil olunacaq. Qadağa bu cür batareyaların oda qarşı dözümlü olmamasından irəli gəlir. Qeyd edək ki, Azərbaycan 1992-cı ildən Beynəlxalq Mülki Aviasiya Təşkilatının üzvüdür. Geri dön |