Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İslam dini > Xamneyinin Azərbaycanda şiəliyin yayılmasına şərait yaradılması istəyinə, İlham Əliyevlin cavabı
Xamneyinin Azərbaycanda şiəliyin yayılmasına şərait yaradılması istəyinə, İlham Əliyevlin cavabı |
Fevralın 23-də İran prezidentinin rəsmi dəvəti ilə Tehrana səfər edən Azərbaycan prezidenti İlham Əliyev, həmin gün axşam saatlarında bu ölkənin dini lideri Əli Xamneyi ilə görüşüb. Görüşdə, iki ölkə xalqları arasında ortaq mədəni, tarixi və dini cəhətlərin olduğunu bildirən Xamneyi, deyib ki, Azərbaycanda islam və şiə ənənələrinə hörmətlə yanaşılması və onun yayılmasına şərait yaradılması, xalqın xarici təhdidlərin qarşısında dayanmasına yardım edəcək: “Azərbaycan xalqının təhlükəsizliyi və onun siyasi sabitlik, sülh və rifah içində yaşaması bizim üçün çox önəmlidir. İki xalqın ürəkdən bir-birinə bağlı olduğunu nəzərə alaraq, hesab edirəm ki, iki millətin istər iqtisadi, istərsədə digər sahələrdə birgə əməkdaşlığı genişləndirilməlidir. Azərbaycan xalqının islama və şiəliyə olan inamı böyük və dəyərli bir sərmayədir. Elə buna görə də güman edirəm ki, əgər Azərbaycan hökuməti bunu nəzərə alaraq xalqın dini inanclarına nə qədər çox ehtiramla yanaşsa və onu müsbət qarşılasa, xalqın da hökumətə dəstəyi və bəzi föqəldövlətlərin düşmənçiliyi qarşısında müqaviməti artacaq”. Görüşdə iki ölkə arasındakı münasibətləri mühüm və konstruktiv adlandıran və bunu yüksək qiymətləndirdiyini bildirən Azərbaycan prezidenti İlham Əliyev deyib ki, Azərbaycanda tolerantlıq hakimdir və bu ölkədə insanların dini inanclarına, o cümlədən də islama və şiəliyə böyük hörmətlə yanaşılır. İlham Əliyev buna misal olaraq bildirib ki, Azərbaycan Sovet İttifiqanından ayrılıb müstəqilliyini əldə etdikdən sonra bu ölkədə ən azı 2 min məscid tikilib və həmin məscidlərin 1000-i təkcə onun prezidentliyi dövründə inşa edilərək möminlərin istifadəsinə verilib”. Qeyd edək ki, İranın dini lideri müsəlman qardaşlığından danışaraq Azərbaycanda şiəliyin yayılmasını istədiyi bir vaxtda, bu ölkənin son illərdə dəstək verdiyi bəzi şiə ekstremist qruplaşmaları Azərbaycanın bir sıra rayonlarında, o cümlədən də Bakının Nardaran qəsəbəsində dəfələrlə təxribat törətməyə cəhd göstərsələr də, bunun qarşısı vaxtında alınıb. Bundan başqa Qarabağ münaqişəsinə gəldikdə isə, İranın bu savaşda Azərbaycan torpaqlarını işğal edən Ermənistanı açıq-aşkar dəstəkləməsi, bu ölkənin dünya müsəlmanları, o cümlədən də Azərbaycan şiələrinin taleyi ilə bağlı ikili standart siyasət yeritməsi göz qabağındadır. Bu isə onun nə qədər qeyri-səmimi olduğunun bir nümunəsidir. Geri dön |