Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > Bakıda avtobusun aşması nəticəsində xəsarət alanlar 3 saylı şəhər Kliniki Xəstəxanasına yerləşdirilib
Bakıda avtobusun aşması nəticəsində xəsarət alanlar 3 saylı şəhər Kliniki Xəstəxanasına yerləşdirilib |
Bakının Nizami rayonu ərazisində marşrut avtobusunda baş verən qəza nəticəsində xəsarət alan 10 nəfərdən artıq sərnişin 3 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Bu barədə Trend-ə xəstəxananın baş həkiminin müavini Əbülfəz Hüseynov məlumat verib.
Baş həkimin müavini bildirib ki, xəstəxanaya gətirilənlərin vəziyyəti ağırdır. Nizami rayon Prokurorluğundan bildiriblər ki, hazırda prokurorluq əməkdaşları hadisə yerindədir. Hadisə nəticəsində hələlik 1 nəfərin öldüyü barədə prokurorluğa məlumat daxil olub. Hadisə nəticəsində yaralananların sayı isə məlum deyil. Xatırladaq ki, bu gün səhər saatlarında 62 saylı xətt üzrə hərəkət edən marşrut avtobusu Nizami rayonu ərazisində minik avtomobili ilə toqquub. Hadisə nəticəsində avtobus aşıb. Geri dön |