Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Ermənistanın Azərbaycan əleyhinə yeni "Avronest taktikası"...
Ermənistanın Azərbaycan əleyhinə yeni "Avronest taktikası"... |
Fərəc Quliyev: "Onlar çox gözəl bilirlər ki, biz "Avronest"in tərkibindən çıxmamışıq"
"Sadəcə, bu istiqamətdə prosedurun başlanması barədə qərar qəbul olunmuşdu" "Avronest" Parlament Assambleyasının 21-23 mart tarixində baş tutacaq növbəti toplantısına ermənilər çox ciddi hazırlaşır. Bu barədə "Avronest"in feralın 18-də keçirilən iclasında iştirak edən nümayəndə heyətinin rəhbəri Artak Zakaryan məlumat verib. Ermənistan mətbuatı bildirir ki, qurumun baş tutan iclasında Azərbaycan nümayəndə heyətinin yenidən "Avronest"də iştirakı ilə bağlı məsələyə də baxılıb. Qeyd edilir ki, bununla bağlı Assambleyanın həmsədrlərinin Bakıya səfərinin həyata keçirilməsi ətrafında müzakirələr aparılıb. Həmçinin bildirilir ki, bu məsələ Avropa Parlamentinin müxtəlif komissiyalarında da müzakirə edilib. Ermənistan nümayəndə heyətinin rəhbəri Zakaryan bildirib ki, Azərbaycan "Avronest" daxilində daim Ermənistan əleyhinə təbliğat aparsa da, onlar bizim "Avronest"ə qayıtmağımıza qarşı çıxmayacaq. Ancaq utanmadan bizi insan haqları və Avropa dəyərlərinə riayət etməyə çağırırlar. Görün kim nədən danışır?! Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti Avropa Parlamentinin ölkəmizlə bağlı qərəzli mövqe nümayiş etdirməsi səbəbindən həmin qurumla qarşılıqlı əməkdaşlığı dayandırıb. Ermənilərin bizim "Avronest"ə qayıtmağımızla bağlı seçdikləri taktikanın arxasında hansı maraqlar ola bilər? "Avronest" Parlament Assambleyasında Azərbaycanı təmsil edən millət vəkili Fərəc Quliyev "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, bu məsələdə ermənilərin fikri heç nəyi dəyişmir: "Onlar çox gözəl bilirlər ki, biz "Avronest"in tərkibindən çıxmamışıq. Sadəcə, bu istiqamətdə prosedurun başlanması barədə qərar qəbul olunmuşdu. Bunun da obyektiv səbəbi vardı. Bilirsiniz ki, həmin vaxt Avropanın bəzi institutları bizə qarşı qərəzli mövqe sərgiləyirdi. Hələ ki, "Avronest"dən çıxmaqla bağlı heç bir prosedur həyata keçirilməyib. Hesab edirəm ki, bizim həmin qurumda və başqa Avropa təsisatlarında təmsilçiliyimizin heç bir ziyanı yoxdur. Əksinə, daha fəal olmağa çalışmalıyıq. Mən bu mövqeni "Avronest"dən çıxmaqla bağlı mövzu aktual olan vaxt da demişəm. Son vaxtlar ölkə rəhbərliyinin ortaya qoyduğu iradədən hiss edilir ki, biz Qərb institutları ilə sıx əməkdaşlıqda maraqlıyıq". Məhəmmədəli QƏRİBLİ Geri dön |