Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > AYƏTULLAH DƏSTQEYB ÜÇ RUHANİYƏ QƏZƏBLİ MƏKTUB YAZIB
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > AYƏTULLAH DƏSTQEYB ÜÇ RUHANİYƏ QƏZƏBLİ MƏKTUB YAZIB

AYƏTULLAH DƏSTQEYB ÜÇ RUHANİYƏ QƏZƏBLİ MƏKTUB YAZIB


AYƏTULLAH DƏSTQEYB ÜÇ RUHANİYƏ QƏZƏBLİ MƏKTUB YAZIB




İran Üləmalar Məclisinin üzvü, müxalif ayətullah Əli Məhəmməd Dəstqeyb üç ruhaniyə məktub yazıb. “Media forum” saytının məlumatına görə, İran Üləmalar Məclisinin rəisi ayətullah Məhdəvi Kəni, ayətullah Mömin və Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəhbəri ayətullah Haşimi Rəfsəncaniyə ünvalanan məktubda deyilir: “Qarşıdan parlament seçkisi gəlir. Lakin xalqın parlamentə seçmək istədiyi şəxslər mühakimə olunmadan zindanlara salınıb. 2009-cu ildə ölkədə keçirilən prezident seçkisinin nəticələrinə etirazlardan sonra respublika sistemi və idarə üsulu öz mahiyyətini itirdi. Seçki etirazlarında xalqla rəftar isə sistemin islami mahiyyətinə son qoydu.

Belə olan halda ölkənin islam şəriəti ilə idarə olunduğunu necə iddia etmək olar? Bu vəziyyətdə dini mərkəzlər zalıma qarşı çıxa biləcək, islamın müdafiəsinə qalxa biləcək ruhaniləri necə yetişdirə bilər?

Sizcə, bəzi özbaşına qüvvələrin islam şəriətini istədikləri kimi təfsir etməsi şəriət və islam respublikası qanunlarına uyğundurmu? Sizcə, insanları mühakimə olunmadan mürtəd və kafir adlandıraraq həbsə salmaq düzgündürmü? Sizcə, zindanda insanların gözünü bağlayıb təzyiq və təhdid yolu ilə onlardan yalançı etiraflar almaq islam qaydalarına uyğundurmu? Sizcə, hansısa bir şəxsin günahı sübut olunmadan icazəsiz onun evinə girmək və bəzən onun hətta şəxsi əşyalarını da götürüb aparmaq islam dəyərlərinə zidd deyilmi? Sizcə, insanların telefonuna gizlicə qulaq asmaq, heç bir günahı olmayan Mirhüseyn Musəvi və Mehdi Kərrubinin ev dustaqlığında saxlanması düzgündürmü?

“Sepah” qüvvələri mənim arvad-uşağım mənzildə ola-ola evimə hücum çəkir, hədə-qorxu gəlirlər. Sizcə, özünü müdafiə edə bilməyən arvad-uşağa hücum çəkmək, onları qorxuya salıb təhdid etmək islam şəriətinə uyğundurmu?”.

Geri dön