Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gənclik, Diaspor > Xarkov şəhərində Xocalı qurbanlarının anım gecəsi keçirilib.
Xarkov şəhərində Xocalı qurbanlarının anım gecəsi keçirilib. |
Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğunun təşəbbüsü ilə Xarkov Palas mehmanxanasının konfrans salonunda Xocalı soyqrımının 24-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib.
Anım mərasimində Xarkov Vilayət admnistrasiyasinın nümayəndələri, nüfuzlu ali təhsil ocaqlarının rektorları,elm və mədəniyyət xadimləri, diaspora və kütləvi informasiya vasitələri nümayəndələri iştirak edib. Ermənilərin son 2 əsrdə Azərbaycan xalqına qarşı həyata keçirtdiyi soyqrım siyasətini tarixi faktlarla mərasim iştirakçilarının diqqətinə çatdıran Azərbaycanın Xarkov şəhərindəki fəxri Konsulu Əfqan Salmanov,24 il bundan öncə erməni silahli birləşmələrinin Xocalı şəhərində azərbaycanlılara qarşı həyata keçirtdikləri amansız soyqrım siyasətindən bəhs edib. Dünya birliyinin və beynəlxalq təşkilatların idiyədək belə bir bəşəri cinayətə hüquqi siyasi qiymət verməmələrini tarixi ədalətsizlik kimi səciyyələndirən fəxri konsul, son illər Heydər Əliyev fondunun vitse prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə Xocalıya ədalət kompaniyası çərçivəsində həyata keçirilən tədbirlərin erməni vəhşiliyinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadığını diqqətə çatdırıb. Sonra tədbirə qatılanlar Heydər Əliyev fondu tərəfindən hazırlanmış və Xarkovdakı fəxri konsulluğumuz tərəfindən Ukrayna dilinə tərcümə olunmuş Qarabağ həqiqətləri filminə baxmaqla ermənilərin Xocalıda törətdikləri misli görünməmiş vəhşiliklərlə tanış olublar. Xocalı faciəsini qəddarlıq baxımından insanlığa yönəlik faşizm nümunəsi adlandıran Xarkov Milli Daxili İşlər Universitetinin rektoru Valeri Sokurenko, belə bir ağır cinayəti törədənlərin beynəlxalq tribunal qarşısında cavab vermələrinin vacibliyini vurğulayıb. Tədbirdə dünya birliyini və beynəlxalq təşkilatları haqqa və ədalətə səsləyən Xarkov Şərqşünaslıq İnsititunun direktoru Tatyana Karpo, Ukraynanın taninmiş jurnalisti Darya Radçenko və digər şəxslər Xocalını yerlə yeksan edən erməni canilərinin ən ağır cəzaya məhkum olmalarının zəruriliyini bildiriblər. Anım mərasiminin sonunda Xocalı soyqrımına hüquqi siyasi qiymət verilməsi üçün Ukrayna parlamentinə və bir sıra beynəlxalq təşkilatlara müraciət qəbul olunub. Geri dön |