Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Elşən Manafov: “Türkiyə və Rusiyanı toqquşdurmaq istəyirlər”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Müsahibə > Elşən Manafov: “Türkiyə və Rusiyanı toqquşdurmaq istəyirlər”

Elşən Manafov: “Türkiyə və Rusiyanı toqquşdurmaq istəyirlər”


Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin Suriya münaqişəsi ilə bağlı maraqlı açıqlama verib. Çurkin bildirib ki, Rusiya ilə Türkiyə arasında müharibə olacağına inanmırıq. Bəşər Əsədin gələcəyi ilə bağlı maraqlı fikirlər səsləndirən Rusiya nümayəndəsi ABŞ hökumətinin Suriya diktatorunun vəzifədən getməsi ilə bağlı “yumşaldığını” ifadə edib. Çurkin Suriya liderinin açıqlamalarını isə “Rusiyanın Suriya məsələsi ilə bağlı apardığı dipomatik mübarizəyə uyğun deyil” şəklində dəyərləndirib.

Bu fikirlər birmənalı qarşılanmayıb. Bu Rusiyanın Türkiyə qarşısında geri çəkilməsi kimi qiymətləndirilib.

Bununla bağlı “Cümhuriyət” qəzetinə danışan politoloq Elşən Manafov qeyd edib ki, indiki vəziyyətdə rəsmi Ankara və Moskva münasibətlərin pik həddə gərginləşməsində maraqlı olmamalıdırlar: “Əvvəla iki dövlət arasında yaşanan gərginlikdən öncə münasibətlər qarşılıqlı anlaşma və mənfəət prinsipləri üzərində qurulmuşdu. Rusiya təyyarəsinin Türkiyə sərhədində vurulması, Amerika tərəfindən Rusiyanın Suriyada mövqelərinin zəiflədilməsi üçün düşünülmüş addım idi. Təəssüflər olsun ki, Türkiyə bu addımı atdı. Türkiyə müxalifətinin dünən də, ötən gün də Ərdoğan iqtidarının ünvanına çox sərt ittihamları oldu. Onlar qeyd edir ki, Türkiyə və Rusiyanı toqquşdurmaq istəyirlər və əslində, bu da hər iki dövlətin maraqlarına cavab vermir. Güman etmirəm ki, Rusiyanın Türkiyə qarşısında bu addımı geri çəkilmək kimi qiymətləndirilməlidir”.

“Suriya müharibəsi olduqca bahalıdır”

Hərbi qüvvələrin nisbəti baxımından hər iki dövlətin də imkanları bərabərdir. Digər tərəfdən, Beynəlxalq Birlik özü də iki dövlət arasında gərginliyin məlum həddə dayanmasında maraqlı olmalıdır. Türkiyə və Rusiya arasında arasındakı gərginlik müharibə həddinə çatarsa, NATO Türkiyəyə olan təcavüzü özünə qarşı təhdid kimi qiymətləndirəcək. Bu halda NATO-Rusiya qarşıdurması qaçılmazdır, bu da 3-cü dünya müharibəsinin başlanması deməkdir. Ekspertin fikrincə, Şimali Atlantik Alyansına nizamnaməsində belə bir bənd var ki, NATO-da qərarlar bir qayda olaraq konversiya yolu ilə qəbul olunur: “Yəni əgər 28 dövlətdən biri həmin qətnamənin əleyhinə səs verərsə, Türkiyə Rusiya ilə müharibədə tək qala bilər. Bu hal Türkiyə hərbçilərinin və siyasi elitasının maraqlarına cavab vermir. Putin özü də anlayır ki, Suriya probleminin həlli üçün atdığı addım, Suriyaya hərbi müdaxilə və bombardıman yaxın perspektivdə Moskvaya baha başa gələcək. Bu olduqca bahalı müharibədir. Rusiyanın Suriyada ləngiməsi ikinci Əfqanıstan durumuna gətirib çıxara bilər. ABŞ-da maraqları məhz bundan ibarətdir”.

Qərb səmimi deyil

ABŞ Suriya probleminin çözümündə, İŞİD-ə qarşı mübarizədə bir o qədər də səmimi deyil. Ən azı ABŞ-ın PKK terror təşkilatına qarşı sərgilədiyi mövqe göstərir ki, Amerika hətta özünün strateji müttəfiqi olan ölkə ilə münasibətləri də ikili standartlar üzərində qurub. Bir tərəfdən Türkiyəni müdafiə edir, digər tərəfdən isə PKK-nı maliyyələşdirir və nəticə etibarilə Türkiyə üçün bölgədə geosiyasi mahiyyətdə ciddi problemlər yaradır. Səudiyyə Ərəbistanı ilə Rusiya OPEK üzvləri ilə gedən danışıqlarda razılıq əldə olundu ki, neft hasilatını bu ilin yanvar ayından artırmayacaqlar. Buna artıq İran və Nigeriya razılıq verib. Rusiyada isə gözəl anlayırlar ki, Türkiyəyə qarşı müharibə həm də Səudiyyə Ərəbistanı başda olmaqla ərəb koalisiyasına qarşı olacaq. Bu da İranın müharibəyə qatılmasına gətirib çıxara bilər. Ona görə də tərəflər müharibəyə gətirib çıxaracaq amillərdən uzaq durmalıdırlar. Rusiyanın BMT-dəki təmsilçisi Çurkin Suriya probleminin çözülməsi üçün Rusiyanın təklif etdiyi variantların optimal variant olduğunu Qərb Alyansına çatdırmaq istəyir.

Müxaliflərin arxasında Qərb Alyansı dayanır

Bəşər Əsədin müqəddəratı Rusiya üçün ciddi önəm kəsb edən məsələ deyil. Əsədi Suriyada əvəz edəcək ikinci bir adam tapılacaqsa, Rusiya qeyri-şərtsiz Suriya probleminin çözülməsinə gedəcək. Amma Rusiyanın, həm də İranın indiyə qədər mövqeyi ondan ibarət olub ki, Suriya problemini xalq özü həll etməlidir. Suriyada Bəşər Əsədə qarşı döyüşən müxaliflərin arxasında Qərb Alyansı durur. Amerika Suriyanı parçalamaq və Kürdüstan planından geri çəkilməsə, bölgədə gərginlik davam edəcək.

İsrailə bel bağlamaq olmaz

Bir sıra ekspertlər Türkiyənin İsraillə münasibətləri yeni müstəvi üzərinə gətirməsini təklif edirlər. İsrailə ümumiyyətlə, bel bağlamaq olmaz. Bunu Rusiya da, Türkiyə də başa düşür. Sadəcə, yaxın münasibətlərdə olan bu iki dövləti toqquşdurdular. Xatırladaq ki, Türkiyə Qərbin Rusiyaya qarşı olan sanksiyalarına qoşulmadı. Krım məsələsində də Türkiyə kifayət qədər təmkinli mövqe sərgilədi. Sadəcə olaraq, Türkiyə və Rusiyanı toqquşdurmaqda maraqlı olan qüvvələr var idi. Bu, birinci növbədə Amerika Xüsusi Xidmət Orqanları idi. Bunu Rusiya və Türkiyə çox gözəl anlayır və bu iki dövlət bir-birinə qarşılıqlı güzəştlərə getməsələr, bu, bölgə və dünya üçün ciddi böhrana gətirib çıxaracaq.

Vilayət Muxtar

Geri dön