Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC İdarə Heyətinin səlahiyyətlərində dəyişikliklər edilib
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC İdarə Heyətinin səlahiyyətlərində dəyişikliklər edilib |
Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2005-ci il 23 mart tarixli 213 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Fərmana əsasən, “Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 23 mart tarixli 213 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 3, maddə 171) aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilib. Əlavədə deyilir ki, cəmiyyətdə səhmdarların ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakı dövlət orqanlarına həvalə edillir: Azərbaycan Respublikasının Prezidentinə:-cəmiyyətin yenidən təşkili və ləğvi məsələlərinin həll edilməsi; -cəmiyyətin sədrinin və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi. İndiyə qədər İdarə Heyətinin müstəqil şəkildə Cəmiyyətin təsis etdiyi hüquqi şəxslərin, filialların və nümayəndəliklərin vəzifəli şəxslərini təyin etmək və onların əməkhaqqını müəyyən etmək səlahiyyəti olub. Dəyişikliyə əsasən isə, artıq İdarə Heyəti “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin törəmə müəssisələrinin, habelə idarə, filial və nümayəndəliklərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə Nazirlər Kabinetinin razılığını almalıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:- Cəmiyyətin Nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;- Cəmiyyətin inkişafı strategiyasının müəyyən edilməsi;-Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiqi, mənfəətinin və zərərinin bölüşdürülməsi;-Cəmiyyətin törəmə müəssisələrinin, habelə idarə, filial və nümayəndəliklərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi;-Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin beş faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi;-Bu Fərmanda qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə səhmdarların ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli həvalə olunur. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvini, törəmə cəmiyyətlərinin yaradılmasını, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabineti Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidr; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir;. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir. Geri dön |