Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Dinməyin,xamuş olun! Yaxud 1884-cü il fevralın 29-da dünyaya göz açan insan...
Dinməyin,xamuş olun! Yaxud 1884-cü il fevralın 29-da dünyaya göz açan insan... |
M.Ə. Rəsulzadənin gerçək doğum tarixinə işıq saçan arxiv sənədləri və yaxud görmürsünüzsə, heç olmasa, xamuş olun! Söz vermişdim ki, bu barədə bir daha danışmayacağam.Amma M.Ə.Sabirin "Molla Nəsrəddin" jurnalındakı bir şeiri yadıma düşdü. Dəqiqləşdirmək naminə axtardım ,tapdım. "Molla Nəsrəddin" jurnalı, 1 şəvval,1325-ci il - 26 oktyabr 1907- ci il, N 40 Bu şeiri "Hophopnamə"nin 1960-cı il nəşrinin 86 -cı səhifəsindəki variantı ilə müqayisə edib,dürüstləşdirdim. Bu şeir "Molla Nəsrəddin" jurnalında "Sual-cavab" sərlövhəsi ilə imzasız verilib. Şeir "Hophopnamə"də sərlövhəsiz verilsə də, kitabın adından və sonundakı qeydlərdən M.Ə.Sabirə aid olduğu bilinir; "Hophopnamə"yə düşübsə, Sabirindir. Keçək əsas məsələyə. "Molla Nəsrəddin"də "Sual-cavab" adı ilə nəşr olunan şeir belədir; SUAL-CAVAB Görmə!-Baş üstə,yumaram gözlərim. Dinmə!- Mütiəm, kəsərəm sözlərim. Bir söz eşitmə!-Qulağım bağlaram. Gülmə!-Pəkey,şamü-səhər ağlaram. Qanma! -Bacarmam!Məni məzur tut, (üzrlü hesab et-N.N). Boyləcə təklifi-məhalı (mümkün olmayan,çətin-N.N.) unut. Qabili-imkanmı olur qanmamaq, Məcməri-nar içrə olub yanmamaq. Eylə xamuş atəşi-suzanını Qıl məni asudə, həm öz canını. Sözümün canı budur ki, 10-15 ildir, tədqiqatçılara arxiv sənədlərini göstərib, deyirəm ki, baxın, baxın,yaxşı baxın.Məhəmməd. Əmin Rəsulzadə ensiklopediyalarda yazılan kimi, 1884-cü il yanvarın 31-də yox, elə həmin il fevral ayının 29-da anadan olmuşdur. Bu tarix öxuculara təqdim etdiyim4 şəklin birində təsbit olubnmuçdur. M.Ə.Sabir kimi mən də kor da ola bilərəm, müti (itaət edən , tabe olan,dinc,sakit ) də ola bilərəm.lal da ola bilərəm. Amma, amandır,başa düşənə başa düşmə,anlama,qanma deməyin! Susun,xamuş olun! Məhəmməd Əmin Rəsulzadə (29.02.1884 -06.031955). Əsrin ən uzun -366 günlük illərininin bir günü... Nazim Nəsrəddinov, Azərbaycan Respublikasının əməkdar müəllimi, Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının Azərbaycan dili və ədəbiyyatı bölməsinin üzvü, Respublika Prezidentinin Sərəncamı ilə keçirilən ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi. Geri dön |