Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Avropa İttifaqından İrəvana Qarabağ mesajı
Avropa İttifaqından İrəvana Qarabağ mesajı |
Fərəc Quliyev: “Moqerininin İrəvanda səsləndirdiyi həmin fikir həm Ermənistana mesajdır, həm də məsələyə Avropanın daha ciddi yanaşacağının bir görüntüsüdür”
Elxan Şahinoğlu: “İndi vacib olan həm AŞ PA-nın, həm Avropa İttifaqının Ermənistana təsir etməsidir” Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini İrəvanda bildirib ki, Dağlıq Qarabağ münaqişəsində status-kvo uzunmüddətli ola bilməz.: "Münaqişənin sülh yolu ilə nizamlanması Avropa İttifaqı üçün prioritetdir, status-kvo qeyri-stabildir, fikrimizcə, belə qala bilməz". Qeyd edək ki, Azərbaycan dəfələrlə bəyan edib ki, münaqişə ətrafında mövcud status-kvo indiki kimi saxlanıla bilməz. Çünki, mövcud vəziyyətdə təcavüzkar Ermənistan işğal etdiyi torpaqlardan çıxmaq istiqamətində heç bir addım atmır. Əksinə, hamilərinin köməyilə onlar çalışırlar ki, konflikt hazırkı mövcud vəziyyətdə həll olunmadan qalsın. Bu isə heç bir halda işğala məruz qalan Azərbaycanı qane etmir və edə də bilməz. Ona görə də Bakı haqlı olaraq tezliklə mövcud status-kvonun aradan qaldırılmasında maraqlıdır. Avropa İttifaqı rəsmiləri, habelə Minsk qrupunun amerikalı həmsədri də bir neçə dəfə açıqlamalarında status-kvo məsələsinə toxunaraq, onun hazırkı vəziyyətdə qalmasının məqbul olmadığını söyləyiblər. Başqa bir tərəfdən, status-kvo ilə bağlı beynəlxalq təşkilat nümayəndələri tərəfindən deyilən həmin fikir əvvəllər ancaq Bakıda və yaxud dünyanın hər hansı bir məkanında olarkən səsləndirilirdisə, indi Avropa İttifaqı rəsmisi tərəfindən işğalçı ölkənin özündə olarkən səsləndirilib. Ermənistanda deyilən bu fikri rəsmi İrəvana mesaj saymaq olarmı? Ümumiyyətlə, Avropa İttifaqı münaqişənin həllində fəal şəkildə iştirak edə bilərmi? Milli Məclisin deputatı Fərəc Quliyevin fikrincə, Moqerininin yuxarıda qeyd olunan fikirləri İrəvanda səsləndirməsi məhz İrəvana ünvanlanan bir mesajdır: "Azərbaycanda Avropa təsisatları ilə bağlı olaraq keçirilən son toplantıda da ciddi məsələlər müzakirə olunub. Ümumiyyətlə, orada səslənən fikirlərdən məlum oldu ki, Avropa İttifaqı yeni çağırışlara cavab vermək iqtidarında olduğunu nümayiş etdirmək istəyir. Azərbaycan haqlı tərəf olduğu üçün ölkəmizlə də əməkdaşlıqda maraqlıdırlar. Bütün sahələrdə, həm enerji təhlükəsizliyi, həm ümumi təhlükəsizlik, həm də demokratiya sahəsində Azərbaycanı əhəmiyyətli dövlət kimi qəbul edirlər. Bundan əlavə, əvvəldən də Azərbaycanın mövqeyi ədalətin bərpa edilməsi istiqamətində olub, biz ədalət istəyirik. Ədalətli status-kvo bərpa olunmalıdır. Mövcud status-kvo isə təbii ki, ədalətli deyil və davamlı ola bilməz. Onun dəyişilməsi üçün Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, münaqişənin, bu ədalətsizliyin dinc yolla aradan qaldırılması tərəfdarıdır və Avropa təsisatları bunu bacarırsa, buyursunlar, etsinlər. Yox, etmirlərsə, onda Azərbaycan beynəlxalq konvensiyalara, ölkə Konstitusiyasına əsaslanaraq hərbi yolla ədaləti bərpa edəcək. Avropa təsisatlarının bu son mövqeyi də onu göstərir ki, artıq onlar da vəziyyətin dəyişməsində maraqlıdır ki, bölgədə yenidən münaqişə alovlanmasın. Ona görə Moqerininin İrəvanda səsləndirdiyi həmin fikirlər həm Ermənistana mesajdır, həm də bu məsələyə Avropanın daha ciddi yanaşacağının bir görüntüsüdür. Bunu təqdir edir və hesab edirik ki, Azərbaycanın haqlı mövqeyinin müdafiəsi üçün artıq bu istiqamətdə real, əməli addımlar atılmalı, Ermənistana qarşı müəyyən sanksiyalar tətbiq olunmalıdır”. Politoloq Elxan Şahinoğlu bildirdi ki, səslənən mesaj fonunda vacib olanı Aİ-nin Ermənistana təsir mexanizmlərini işə salmasıdır: "Moqerininin açıqlaması həqiqətən də düzgün bir açıqlamadır, münaqişə ətrafında mövcud status-kvo uzun müddət çəkə bilməz. Bu mənada həmin fikirlərin İrəvanda səsləndirilməsinə həm də Ermənistana edilən bir mesaj kimi baxmaq olar. Moqerini Azərbaycanda olarkən daha önəmli açıqlamalarla çıxış etdi. O, Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və işğal altında olan torpaqların azad olunması gərəkliyini bildirmişdi. Bunu həmin ərəfədə Bakıda səfərdə olan AŞ PA sədri də qeyd edib. Bütün bunlar Azərbaycan üçün önəmli fikirlərdir. İndi vacib olan hm AŞ PA-nın, həm Avropa İttifaqının Ermənistana təsir etməsidir. Çünki, Ermənistan da AŞ PA-nın üzvüdür və Avropa İttifaqı ilə sıx əlaqələri var. Ermənistanı başa salmalıdırlar ki, ilkin olaraq Dağlıq Qarabağdan kənar rayonların boşaldılması yolu ilə sülhə nail olmaq olar. Bu olmadıqda sülh mümkün deyil. Düşünmürəm ki, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həllində fəallaşa bilər. Onlar münaqişənin qısa müddətdə həllini istədiklərilə bağlı arzularını bildirirlər. Lakin onların ATƏT-in Minsk qrupunun fəaliyyətinə qarışacağını zənn etmirəm. Ümumiyyətlə, Avropa İttifaqının aparıcı ölkəsi olan Fransa da burada yer alıb. AŞPA-da münaqişə ilə bağlı müəyyən qətnamələr qəbul edir, amma o da qarışmır. Bütün alətlər ABŞ, Fransa və Rusiyanın əlindədir. Bu alətlər işə salınmalıdır”. Rüfət NADİROĞLU Geri dön |