Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Klinton və Davudoğlu Ərəb Dövlətləri Liqasının Suriyaya dair yeni nizamlanma planını müzakirə ediblər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Klinton və Davudoğlu Ərəb Dövlətləri Liqasının Suriyaya dair yeni nizamlanma planını müzakirə ediblər

Klinton və Davudoğlu Ərəb Dövlətləri Liqasının Suriyaya dair yeni nizamlanma planını müzakirə ediblər


ABŞ Ərəb Dövlətləri Liqasının təklif etdiyi Suriyada vəziyyətin nizamlanmasına dair yeni planı dəstəkləyir. ABŞ dövlət katibi Hillari Klinton Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşdən sonra bu barədə bəyan edib. Suriyadakı vəziyyət görüşdə müzakirə olunan əsas mövzu olub.

«Biz Ərəb Dövlətləri Liqasının Qahirədəki iclasda qəbul etdiyi qərarları dəstəkləyirik. Onların tövsiyələrinin necə həyata keçirilməsi barədə çoxlu suallar ortaya çıxır və şübhəsiz ki, sülhməramlı qüvvələr barədə təklif razılaşma və konsensus tələb edir», deyə Klinton bildirib.
Klinton Əsəd rejiminə qarşı diplomatik təzyiqi artırmağa söz verib. Onun sözlərinə görə, «Əsəd rejimi və onu dəstəkləyənlər başa düşməlidirlər ki, iki yol var: biri demokratik hakimiyyət dəyişikliyinə, digəri isə xaos və zorakılığa aparır».
«Biz Suriya xalqının necə köməyə çağırdığını eşidirik və biz yaralılar üçün dərman vasitələri və digər təxirəsalınmaz yardımı necə çatdırmaq üzərində fikirləşirik», deyə dövlət katibi əlavə edib.
Türkiyə XİN başçısı isə öz növbəsində «bu humanitar faciənin davam etməsinə sakitcə baxa bilməyəcəklərini» bildirib. «Hazırda diplomatik və humanitar istiqamətlərdə hansı addımlar atacağımızı müzakirə edirik», deyə Davudoğlu əlavə edib. O «ehtiyat variantlar üzərində düşünməyin» faydalı olacağını da qeyd edib.
Ərəb Dövlətləri Liqasının Qahirədəki keçirilmiş iclasında Suriyaya BMT və ərəb ölkələrinin birgə sülhməramlı qüvvələrinin yeridilməsi barədə qətnamə qəbul olunub.

Geri dön