Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > GÖZÜNÜ TORPAQ DOYURSUN VALENTİN...!!!
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > GÖZÜNÜ TORPAQ DOYURSUN VALENTİN...!!!

GÖZÜNÜ TORPAQ DOYURSUN VALENTİN...!!!


Azərbaycanda Valentin Gününün keçirilməsi dayandırılmalı və onun keçirilməsinin qarşısını almaq üçün geniş şəkildə təbliğat aparılmalıdır. Bunu bazar ertəsi Azərbaycan Sosioloqlar Birliyinin icraçı direktoru, Aktual Elmi-Sosioloji Araşdırmalar Mərkəzinin rəhbəri Əbülfəz Süleymanlı deyib.

O hesab edir ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da Valentin Gününün keçirilməsinə biznes dairələri daha çox maraq göstərirlər. Bu bayram müəyyən biznes qurumlarının öz gəlirlərinin artırılmasına xidmət edən bayramlardan biridir.

Sosioloq bildirib ki, milli və dini baxımdan Valentin Gününün Azərbaycanın mədəniyyəti, ənənələri ilə, eyni zamanda, dinimizlə heç bir bağlılığı yoxdur. Bu bayram xristian dünyasında baş vermiş hadisənin təcəssümüdür.

"Xristian dünyasının özündə də bu bayrama qarşı artıq təpkilər var. Onlar da dərk edirlər ki, Valentin Günü daha çox maddi maraqların ön plana çəkildiyi bir bayramdır. Azərbaycanda bir qisim insanlar bu bayramı kor-koranə şəkildə qeyd edirlər.
Amma bu, Azərbaycan üçün yamaq və uydurma bayramdır", - Süleymanlı deyib.

Bu bayramın son illərdə Azərbaycan cəmiyyətində də geniş qeyd edilməsinə təəssüflənən sosioloqun fikrincə, ölkədə Valentin Gününün kütləviləşməsində KİV-lərin, o cümlədən internet saytlarının xüsusi rolu var. Onlar bu günu geniş şəkildə təbliğ etdikləri üçün həmin bayram istər-istəməz kütləviləşir və insanların onlara marağı artır.

Bu bayramın gənclər tərəfindən geniş şəkildə qeyd edilməsinin əleyhinə olan Süleymanlının fikrincə, Valentin Gününün ölkədə qeyd edilməsi Azərbaycan gənclərinin şüuruna yad elementlərin təsir göstərməsinə səbəb olur. Valentin Gününü restoranlarda, xüsusi əyləncə yerlərində keçirən gənclər öz "sevgi"lərini göstərə biləcək bəzi əxlaqsız hərəkətlərə də yol verə bilərlər. Bunu yolverilməz hal sayan Süleymanlı hesab edir ki, bayramın keçirilməsi gənclərin xərclərini də artırır. Sadalanan bütün bu amillər isə onu deməyə əsas verir ki, Valentin Gününün Azərbaycanda keçirilməsi çox yanlış addımdır. Onun qeyd edilməsində heç bir müsbət cəhət yoxdur, bu bayramın keçirilməsinin fəsadları daha çoxdur.

"Sevginin xüsusi gününün qeyd olunması özü absurd anlayışdır. Sevgi varsa, bu, 365 günün 365-də də özünü büruzə verəcək, yoxdursa, sevgi hiss olunmayacaq. Əgər kimsə nişanlısı və yaxud həyat yoldaşını sevgisini göstərmək üçün hədiyyə ilə təbrik etmək istəyirsə, maddi yükün altına girir. Bu, özü yolverilməzdir. İnsanlar bu hədiyyəyə görə pul əldə etmək üçün qeyri-leqal yollara baş vura bilirlər. Bütün bunları nəzərə aldıqda görürük ki, bayramın ölkədə keçirilməsi düzgün deyil", - sosioloq əlavə edib.

O deyib ki, son 3-4 ildə bəzi qruplar Valentin Gününin Azərbaycanda keçirilməsinə etiraz etməyə və onun qeyd olunmaması üçün çox ciddi cəhdlər aparmağa başlayıblar. Bu günün Azərbaycanda qeyd olunmasının qarşısını almaq üçün ən effektiv yollardan biri KİV-lər tərəfindən 14 fevral - Sevgililər Günü ilə bağlı təbliğatın dayandırılmasıdır.

"Xüsusi biznes qurumları bu bayramdan xeyir götürdükləri üçün öz təbliğatlarını aparacaqlar. Amma əks-təbliğat olaraq, Valentin Gününün milli mədəniyyətimizə, şüurumuza nə qədər ziyanlı olması da təbliğ edilməli və belə uydurma bayramlara mübarizə aparılmalıdır", - Süleymanlı qeyd edib.

Qeyd edək ki, Qədim Romada 14 fevralda "Tanrı" və "Tanrıçaları"nın kraliçası olan Junoya duyulan sayğıya görə Luperkalia bayramı keçirilməyə başlanılırdı. Bu bayram xalqın gəncləri üçün böyük önəm daşıyırdı. Həmin bayramda romalı gənc qızlar adlarını kiçik bir kağıza yazıb bir qabın içərisinə atırdılar. Oğlanlar isə oradan adlardan birini götürərdilər. Beləliklə də, oğlanlar bu bayramı adı kağızda yazılan həmin qızla bir yerdə keçirərdilər.

Romada yaşayan rahib Valentin Roma imperatoru 2-ci Kladiusun qadağasına baxmayaraq, gəncləri gizlicə evləndirirdi. Gəncləri evləndirdiyinə görə Valentin həbs edilir və sonra öldürülür. O, miladdan sonra 269-cu ilin 14 fevralında dəfn olunur. Buna görə də Luperkalianın başladığı gün "Valentin günü" olaraq bayram edilməyə başlanıldı.
GÖZÜNÜ TORPAQ DOYURSUN VALENTİN...!!!

Geri dön