Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Pərviz Elay: “Bilməlidirlər ki, Güney Türklüyünün məğlubiyyəti, Quzey Azərbaycanın və Türkiyənin sonunun başlanğıcıdır”- Müsahibə
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Müsahibə > Pərviz Elay: “Bilməlidirlər ki, Güney Türklüyünün məğlubiyyəti, Quzey Azərbaycanın və Türkiyənin sonunun başlanğıcıdır”- Müsahibə

Pərviz Elay: “Bilməlidirlər ki, Güney Türklüyünün məğlubiyyəti, Quzey Azərbaycanın və Türkiyənin sonunun başlanğıcıdır”- Müsahibə


“Bilməlidirlər ki, Güney Türklüyünün məğlubiyyəti, Quzey Azərbaycanın və Türkiyənin sonunun başlanğıcıdır”- Müsahibə
“Millətçilik” qəzetinin baş redaktoru tanınmış yazar-araşdırmaçı Pərviz Elaydır.


- Pərviz bəy, son günlər İrana qarşı müharibə ehtimalı artıb. Sizcə, İran rejimi çökdükdən sonra, ölkədə hansı hadisələr baş verə bilər?

-Hal-hazırda dəqiq bir proqnoz (öngörü, təxmin) vermək çətindir. Əlbəttə, anlaşılandır ki, Qərb dünyası İranın çökdürülməsi və İraqda olduğu kimi bir durumu yaratmağı istəyir. Amma ortada Rusiya amili var. Əlavə də, BMT (Birləşmiş Millətlər Təşkilatı) Təhlükəsizlik Şurasında Qərb dünyası Çinin müqavimətilə də üzləşib. Qərb bloku (ittifaqı) tərəfdən hərbi əməliyyatlar münaqişəyə Rusiyanı da cəlb edə bilər. Ona görə də proseslərin (sürəcin) hərbi münaqişə üzrə inkişafının nəticələrini proqnozlaşdırmaq çətindir.
İran çoxmillətli dövlətdir. Sosial və siyasi proseslərdən (sürəc) öncə bu dövlətdə yatmış milli problemlər var. Ölkənin siyasi xaosa (hərc-mərc) qərq olması bu dövlətdə milli məsələləri kəskin nöqtəyə yüksəltmək üçün zəmin ola bilər.
Qərb uzun müddətdir müsəlman dünyasında özünə sərf edə biləcək modelin yeridilməsini təyin etməyə çalışıb. İndi demək olar bu model “Livan (Lübnan) demokratiyasıdır”. Yəni, hər hansı bir müsəlman dövləti daxilindəki siyasi, dini-təriqət və milli qüvvələrin münaqişəsi zəminində həmin dövlət zəiflədilir və nominal (dəyər) olaraq mövcud olur. İraq və Əfqanıstanda bu model artıq işləyir. Liviya (libi), Misir və Türkiyə isə “livanlaşma” ərəfəsindədirlər. Çox güman ki, bu model gələcək İrana da tədbiq ediləcək. Bu proses isə, sözsüz ki, milli və dini-təriqət zəmində güclü hərbi-siyasi qüvvələrin ortaya çıxması, qanlı toqquşmalar deməkdir.

- Güney Azərbaycan Milli Hərəkatı İranda baş verən dəyişikliklərə hazırdırmı?

- Ümumiyyətlə, milli hərəkat müəyyən liderin və onun ətrafında siyasi qüvvələrin birləşməsini, ya da ciddi milli təşkilatı, strukturu (yapısal, saxtar) ehtiva edir. Üstəlik, bu strukturun nəhəng maliyyə özülü olmalıdır. Təəssüflər ki, bu gün Güney Milli Hərəkatı vahid komandirsiz və vahid qərargahsız, maliyyə özülü çox zəif pərakəndə partizan hərəkatını xatırladır.
Qeyd edək ki, Osmanlı imperiyasının son 100 ilində erməni terrorizmi, XX əsrin 60-70-ci illərində kürd separatçı (bölücü) qüvvələri də pərakəndə durumda olmuşlar. Amma Qərbin və Rusiyanın siyasi dairələri öz məqsədlərindən irəli gələrək birbaşa müdaxilə ilə bu terrorçu-separatçı hərəkatların möhkəmlənməsinə nail oldular.
Beləliklə, bir qənaət ortaya çıxır ki, Qərbin siyasi çevrələri Güney Azərbaycan Milli Hərəkatının möhkəmlənməsini, güclü bir milli qüvvəyə çevrilməsini istəmirlər. Buna görə də, Güney Milli Hərəkatının möhkəmlənməsinin ağırlığı bizim üzərimizə düşür. Bu hərəkatı möhkəmlətmək, onu kənar və təxribatçı müdaxilələrdən qorumaq, səhv yoldan çəkindirmək işini millətimiz özü etməlidir. Burada Quzey Azərbaycanın mənəvi iştirakı qaçılmaz və mütləqdir. Quzey Azərbaycan və Türkiyə Türklüyü anlamalıdır ki, İranla bağlı proseslərdə Güney Türklüyünün məğlubiyyəti, Quzey Azərbaycanın və Türkiyənin sonunun başlanğıcıdır.

- Ümumiyyətlə, İranda Azərbaycan türklərinin iştirakı olmadan hansısa dəyişikliklərin baş verməsi mümkündürmü?

Güney Azərbaycan Türkləri elə təşkilatlanmalıdırlar ki, onlarla dünya qüvvələri hesablaşmağa məcbur olsunlar. Belə bir fikir ortaya atılıb ki, gələcək İranda Urmiya və Güney Azərbaycanın qərbi və cənubu bütünlüklə “Kürdüstan muxtariyyətinə” veriləcək. Aydındır ki, bölgədə gedən proseslərdə Qərb dünyası kürd siyasi-hərbi qüvvəsinə və mühacirətdəki fars millətçi-demokratlarına istinad edir. Əgər bu fikir gerçək əsasa malikdirsə, onda Qərbin siyasi elitası (noxbələr) anlamalıdır ki, ilk növbədə Güney Azərbaycan türklərinin milli mənafeləri ödənilməlidir. Əgər Güney Azərbaycan türklüyünün mənafeləri ödənməsə, onda Qərbin İranla bağlı planları da ödənməyəcək.
Əfqanıstana diqqət yetirsək bu ölkənin üç təsir zonasına bölündüyünü görərik. Əfqanıstanın şərqi Talibanın (əslində Pakistanın), mərkəzi və qərbi ABŞ-ın (Amerika Birləşmiş Ştatları), şimalı isə özbəklərin (əslində Daşkəndin üzərindən Rusiyanın) təsir dairəsindədir. ABŞ Əfqanıstana müdaxilə edəndə durumun belə olacağını istəmirdi. Amma belə oldu. Nə üçün? Çünki Qərb (əsasən də, ABŞ) başbilənləri puştunlara istinad etdilər, türk (özbək, türkmən, qazax-qırğız) faktorunu saya almadılar.
Qərb Əfqanıstandakı “özbək badalağının” İranda təkrarlanmasını istəmirsə, Güney Azərbaycan Milli Hərəkatı ilə hesablaşmalıdır.
Mən vurğulamaq istəyirəm ki, bəzilərinin bildirdiyi kimi dünyada “demokratikləşmə” prosesi getmir. Dünyada millətlərin yaşamaq uğrunda amansız mübarizəsinin yeni mərhələsidir; “demokratiya”, “liberalizm”, “qlobalizm” (kürəsəlləşmə) pərdəsinə bürünmüş.
Əgər Qərb yalnız Tehrandakı fars anti-türkçü mollalarını fars anti-türkçü demokratları ilə əvəz etmək istəyirsə, bu oyun bizə sərf etmir. Hansı dünya gücü Azərbaycan türklərinin milli mənafelərini nəzərə alacaqsa, biz onun cinahındayıq. Yox, əgər hər hansı bir dünya gücü bizim milləti görməzdən oyun aparacaqsa, biz onun əleyhinə olmalıyıq. Oyunu elə qurmalıyıq ki, bizi öz tərəfinə çəkmək uğrunda dünya gücləri bir-birilə yarışa girsinlər. Yalnız bu cür oyun bölgüsündə biz qazana bilərik.

Söhbətləşdi: Elnur Eltürk

Geri dön