Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Almaniya Xristian Demokratik İttifaqı/Xristian Sosial İttifaqı partiyalarının Bundestaq fraksiyası Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sənəd qəbul edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Almaniya Xristian Demokratik İttifaqı/Xristian Sosial İttifaqı partiyalarının Bundestaq fraksiyası Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sənəd qəbul edib

Almaniya Xristian Demokratik İttifaqı/Xristian Sosial İttifaqı partiyalarının Bundestaq fraksiyası Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sənəd qəbul edib


Sənəddə Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğal edildiyi əksini tapıb
Almaniyanın Xristian Demokratik İttifaqı/Xristian Sosial İttifaqı (CDU/CSU) partiyalarının Bundestaq fraksiyasının Xarici siyasət məsələləri üzrə işçi komitəsi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sənəd qəbul edib.
Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, “Dağlıq Qarabağda 20 illik münaqişə: münaqişənin sülh yolu ilə həllində yeni stimul” adlı sənəddə bildirilir ki, azərbaycanlılarla ermənilər arasında etnik zəmində dəfələrlə baş verən zorakılığın ardınca, 1992-ci ildə Dağlıq Qarabağ münaqişəsi böyük miqyasda qaçqın axınına, Azərbaycan və erməni qoşunlarında minlərlə itkilərə səbəb olub. 1993-cü ildə erməni qüvvələri Ermənistan və Dağlıq Qarabağ arasındakı Qərb dəhlizini tutub, Azərbaycan torpaqları, keçmiş muxtar ərazi olan Dağlıq Qarabağın şərq və cənub hissəsi erməni nəzarəti altına keçib.
Daha sənəddə deyilir: “Bu müharibədə təxminən 25 min insan həlak oldu, 1 milyona yaxın insan ev-eşiyindən qovuldu və qaçmaq məcburiyyətində qaldı. Dağlıq Qarabağ müharibəsinin ardınca erməni qüvvələri nəinki Dağlıq Qarabağın özünü (Azərbaycan ərazisinin təxminən 5%-i), eləcə də Azərbaycan ərazisi olan ətraf 7 rayonu da işğal etdi. BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Azərbaycan dövlətinin ərazisinin bir hissəsinin silahlı işğalını pislədi. Bu gün Azərbaycan ərazisinin təxminən 20%-i ermənilərin nəzarətindədir”.
Sənəddə qeyd olunur ki, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi olaraq görür: “Bu kontekstdə, münaqişənin birdəfəlik və sülh yolu ilə həllinə dəstək Almaniyanın, eləcə də, Avropa Birliyinin mövqeyidir. Həm Almaniya, həm də Avropa Birliyi 2010-cu ildə Dağlıq Qarabağda keçirilən seçkiləri tanımadı.
1992-ci ildə münaqişə başlayandan ATƏT-in Minsk Qrupu bu dondurulmuş münaqişənin sülh yolu ilə həllini tapmaqda məsuldur. 20 illik vasitəçilik cəhdlərinə baxmayaraq, “status-kvo” vəziyyətindən çıxış yolu tapmaq səmərəsiz olub. Atəşkəs xəttindəki (1994-cü ildə əldə olunub) silahlı insidentlər müntəzəm olaraq günahsız insanların ölümü ilə nəticələnir. 2011-ci ilin oktyabrında atəşkəs xəttinin yaxınlığında atışma nəticəsində 2 azərbaycanlı əsgər həlak oldu. 2011-ci il martın əvvəlində atəşkəs xəttindən birbaşa snayperlə açılan atəşlə 9 yaşlı azərbaycanlı uşaq öldürüldü. 2010-cu ilin iyunundakı insident zamanı 4 erməni və 1 azərbaycanlı əsgər həlak oldu. Dağlıq Qarabağın işğalı ilə yanaşı, bu cür hadisələr də beynəlxalq hüquqa dair öhdəliklərin pozulmasıdır. BMT Nizamnaməsinin 2-ci maddəsinin 3-cü və 4-cü bəndinə uyğun olaraq, bütün üzvlər dünyada sülhün, beynəlxalq təhlükəsizliyin və ədalətin zərbə altında qalmaması naminə beynəlxalq münaqişələri dinc yol ilə həll etməlidirlər. BMT-yə üzv olan bütün dövlətlər digər ölkələrin ərazi bütövlüyünü və ya siyasi müstəqilliyini pozmaqdan çəkinməlidir. Onlar BMT məqsədlərinə zidd olan hər hansı bir təhlükə və ya zorakılıqdan da çəkinməlidir.
Bu zamana qədər münaqişə o qədər ciddi xarakter daşıyıb ki, Almaniya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağa hər hansı səfərlərin əleyhinə olub. Almaniya XİN Dağlıq Qarabağa səfər edənlərə konsulluq yardımı və dəstəyi göstərə bilməz.
Bütövlükdə regionda qızğın silahlanma gedir. Ötən illər ərzində Ermənistanda və Azərbaycanda hərbi xərclər mütəmadi olaraq artırılır. Azərbaycanda müdafiə xərcləri dövlət büdcəsinin 20%-ni təşkil edir. 2010-cu ilin avqustunda Ermənistan hərbi əməkdaşlığı genişləndirmək üçün Rusiya ilə saziş imzalayıb. Rusiyanın Ermənistanda bir neçə hərbi bazası var. Avropanın enerji təminatı üçün regionun rolu artmaqdadır. Avropa Birliyinin enerji siyasətinin əsas məqsədlərindən biri Azərbaycanla razılıq əsasında AB-yə qaz idxalını artırmaq və bunun uzun müddətliliyinə təminat verməkdir.
Münaqişənin 20-ci ildönümü, münaqişənin həlli prosesinin bu günə qədər davam etməsi və bu prosesə yeni təkan verilməsi barədə, bir daha düşünmə fürsəti yaradır. Sülh yolu ilə həll və münasibətlərin normallaşdırlıması regionda iqtisadi və sosial inkişafa birbaşa müsbət təsir göstərə bilər.
Odur ki, Sosial Demokrat Partiyasının (CDU/CSU) parlament fraksiyasının xarici siyasət üzrə işçi qrupu Federal hökuməti aşağıdakıları həyata keçirməyə çağırır:

1. ATƏT, NATO və BMT-dəki dostlarımızla birlikdə, Dağlıq Qarabağ münaqişəsinə diqqəti artırmaq; münaqişəyə cəlb olunmuş tərəflərlə bütün müzakirələrdə və ikitərəfli görüşlərdə siyasi güzəştə, sülh yolu ilə həllə, atəşkəs xəttində yaşayan əhalinin təhlükəsizliyinin təminatına və qarşılıqlı etibarın bərpasına ehtiyacı xüsusi qeyd etmək;

2. AB-dən münaqişənin həlli prosesində daha güclü rol oynamasını rica etmək və Minsk Qrupunda Fransanın AB ilə əvəzlənməsi istiqamətində fəaliyyət göstərmək, həmçinin, AB-nin münaqişəyə cəlb olunmuş tərəflər arasında tam vasitəçilik mandatı ilə təmin edilmiş Cənubi Qafqaz üzrə Xüsusi nümayəndəsini təyin etmək;

3. Şərq Tərəfdaşlığı çərçivəsində hər bir addım Azərbaycanla Ermənistan arasında siyasi və iqtisadi yaxınlaşmaya zəmin yaratmalı və regionda münaqişənin həlli Şərq Tərəfdaşlığının təməli hesab olunmalıdır.

4. Tərəfdaşımız Rusiyanı DQ münaqişəsinin həllində vacib ölkə kimi konfliktin “status-kvo” vəziyyətindən çıxarılmasına, sürətlə silahlanmanın dayandırılmasına və münaqişənin birdəfəlik həlli məqsədilə daha konstruktiv rol oynamasına sövq etmək;

5. Dnestryanı münaqişə ilə əlaqədar Meseberg Memorandumunda olduğu kimi, AB-Rusiya təhlükəsizlik siyasəti dialoqu dərinləşdirilmiş şəkildə dərhal irəli sürülməlidir;

6. AB üzvlüyünə namizəd olan Türkiyəni Ermənistanla münasibətlərinin normallaşdırılmasına sövq etmək. Bu, Rusiya qoşunlarının Ermənistandan çıxarılmasına (məsələn, Rusiya qoşunları Türkiyə ilə sərhədi qoruyur) imkan yaradar, bununla da, Cənubi Qafqazda sürətlə silahlanmanın azalmasına mərkəzləşdirilmiş şəkildə töhfə verə bilər;

7. Münaqişənin həllində Türkiyənin daha konstruktiv rol oynamasına və regionda ədalətli olmaq üçün onun cavabdehliyinə dəstək vermək”.

Geri dön